Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AzVİF ilə AHİİTA arasında Memorandum imzalanıb 

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) ilə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası arasında tərəfdaşlıq Memorandumu imzalanıb. 

AzVİF-dən AZpress.AZ-a verilən məlumata görə, Memorandumda tərəflərin birgə sosial proqramların icrası, velosiped idman növünün ölkə üzrə təşviqi, idman qurğularından qarşılıqlı istifadə, müxtəlif tədbirlərin birgə təşkili və digər məsələlər əksini tapıb. 

Qeyd edək ki, Memoranduma AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov, AHİİTA-dan isə qurumun direktor müavini, hazırda direktor vəzifəsini icra edən Fikrət Hacıyev imza atıb. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin