Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə “Fəal Gənclik-Güclü Azərbaycan!” başlığı altında konfrans keçirilib +FOTO=67

Ağcabədi Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçilən konfrans “2 Fevral-Azərbaycan Gəncləri Günü” ilə əlaqədar olaraq YAP Ağcabədi rayon təşkilatının akt zalında keçirilib.
AZpress.AZ xəbər verir ki, konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Eldəniz Qənbərov, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov eləcədə şəhər, qəsəbə və  kəndlərdən olmaqla  hərbiçilər, idmançılar, könüllülər, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə çalışan 100 nəfərə yaxın gənc iştirak edib.
Konfransdan öncə tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsinin  önünə  gül və çiçək dəstələri düzüb.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirib, Ulu Öndərimiz Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“2 Fevral - Azərbaycan  Gəncləri günü” münasibəti ilə keçirilən konfransı Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Eldəniz Qənbərov giriş sözü ilə açaraq geniş məruzə ilə çıxış edib. 
Sonra N saylı hərbi hissənin psixoloqu İsmayıl Əhmədzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının ingilis dili müəllimi Nərmin Maqsudova, Vətən müharibəsi iştirakçısı Nicat Musayev, Ağcabədi Regional ASAN xidmət Mərkəzinin vətəndaşların hüquqlarının təminatı sektorunun böyük məsləhətçisi Lələ Abbasov , YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov məruzə ətrafında çıxışlar edib. 
Konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Məmmədova Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun gənclərə təbrikini çatdıraraq bildirib ki,  Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gündə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir.
Tədbirin sonunda “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə təşkilatçılar tərəfindən rayonun ictimai-siyasi və idman həyatında fərqlənən gənclərə Fəxri Fərmanlar və Fəxri Diplomlar təqdim edilib. Sonda konfrans iştirakçıları xatirə şəkili çəkdiriblər.

Best coffeeshop in Berlin