Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Misir və Azərbaycan poeziyasına həsr olunmuş musiqli-poetik konsert keçirilib (FOTO=71)

02.02.2026-cı il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Misir və Azərbaycan poeziyasına həsr olunmuş musiqli-poetik konsert keçirilib. 

AZpress.AZ xəbər verir ki, Mərkəzin müdiri Prof.Dr.Tarek Mohammad tədbirin açılışını edərək qonaqları salamladı və onlara öz dərin təşəkkürünü bildirdi.

Misir və Azərbaycan poeziyasına həsr olunmuş musiqli-poetik konsertdə Səudiyyə Ərəbistanı Mərkəzinin direktoru Ülviyyə Hüseynova, Bakı Avrasiya Universitetinin Xarici əlaqələr üzrə prorektoru Sevda Rzayeva, Azərbaycan Respublikasının xalq şairi Baba Vəziroğlu və universitet tələbələri çıxış ediblər.

Tədbirdə tanınmış misirli və azərbaycanlı şairlərin şeirləri səsləndirildi. Bu şairlər ərəb dilinin poetik ənənələrini qorumaqla yanaşı, həm də müasir mövzuları öz yaradıcılıqlarında əks etdirmişlər.

Sonra Mərkəz tərəfindən  fəal iştirakçılara təşəkkürnamələr təqdim edilərək, onların töhfələri qiymətləndirilib.

Qeyd edək ki, iki ölkənin çoxəsrlik ortaq ənənələrinə söykənən müştərək miras Misir və Azərbaycan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirmək və inkişaf etdirmək üçün etibarlı zəmin təşkil edir.

Xeyransa İsmayılova,

Fotolar: Mahir Əhmədov

* bu reportajda olan fotoları sifariş ermək üçün 
+99450 554 34 23 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99450 554 34 23

Best coffeeshop in Berlin