Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qarabağ" rəsmi olaraq Nyalinin transferini açıqladı

"Qarabağ" Futbol Klubu yeni oyunçu transferini başa çatdırıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, Kiprin AEK Larnaka klubu ilə danışıqlar uğurla başa çatıb. Tərəflər fransız futbolçu Jeremy Nyalinin "Qarabağ"a transferi ilə bağlı razılığa gəliblər.

23 yaşlı sol cinah müdafiəçisi 2,5 illik müqavilə imzalayıb. Fransanın "Metz" klubunun yetirməsi olan Nyali Ağdam klubunda 24 nömrəli formanı geyinəcək.

Nyali karyerası ərzində "Metz B", eləcə də İspaniyanın "Tarazona" və "Melilla" klublarında da oynayıb.

Jeremy Nyali 2024-cü ilin avqust ayında AEK Larnakaya qoşulub və o vaxtdan bəri Kipr klubunda 60 matçda yeddi məhsuldar ötürmə edib.

Best coffeeshop in Berlin