Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Sabah" klubu "Abşeron Lions"u udaraq, "A" qrupunda liderliyi ələ alıb

Yanvarın 29-dan fevralın 1-dək kişi basketbol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci turun oyunları keçirilib və bunu la da 3-cu dövrəyə yekun vurulub. 

Turun diqqət çəkən məqamlarindan biri  "A" qrupunda "Sabah"ın "Abşeron Lions"u məğlub edərək, qrup liderliyini ələ alması olub - 117:96.

Qrupda keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

"Gəncə" - "Şəki" - 95:80;

"NTD Baku" - "Neftçi" - 82:98.

"B" qrupunda isə yarış cədvəlində dəyişiklik olmayıb. Qrupa liderlik edən "ORDU"  hesabat turunda "Lənkəran" klubunu səfərdə üstələyərək vahid liderliyini özündə saxlayıb - 68:103.

Qrupda digər oyunların nəticələri belə olub:

"Sumqayıt" - "Sərhədçi" - 94:98;

"Naxçıvan" - "Quba" - 82:70.

 ABL-da 16-ci tura fevralın 4-də start veriləcək.

Hər iki qrupda komandaların turnir vəziyyəti aşağıdakı kimidir:

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin