Masallıda “Ərkivan” avtomobil ehtiyat hissələri mağazası açıldı
Masallı rayonunda əksər avtomobillər üçün ehtiyat hissələrinin satışı ilə məşğul olan yeni mağaza fəaliyyətə başlayıb.
“Ərkivan” mağazası yanvarın 31-də rəsmi olaraq alıcıların istifadəsinə verilib. Açılış mərasimində qeyd olunub ki, dövlət paytaxtla yanaşı, regionlarda da sahibkarlığın inkişafına xüsusi diqqət yetirir və bu kimi təşəbbüsləri dəstəkləyir.
Bildirilib ki, mağazada müştərilərə daha geniş və keyfiyyətli məhsul çeşidləri təqdim olunur. Burada müxtəlif avtomobil markaları üçün ehtiyat hissələri mövcuddur. Eyni zamanda, alıcılar şəxsiyyət vəsiqəsi ilə məhsulları kreditlə də əldə edə bilərlər.
İnanırıq ki, “Ərkivan” qısa müddətdə müştərilərin etimadını qazanacaq və sürücülər üçün etibarlı ünvanlardan birinə çevriləcək. Bu səbəbdən avtomobil sahiblərini “Ərkivan” mağazasına daha çox güvənməyə dəvət edirik.
Ünvan: Masallı rayonu, Ərkivan qəsəbəsi (Bağlakücə), Masallı–Boradigah yolunun kənarı, “Ərkivan” şadlıq sarayının yanı.


