Tələbələr qəzaya düşdü: çox sayda yaralı var
Türkiyənin Karabük şəhərində əcnəbi tələbələri daşıyan mikroavtobus idarətemədən çıxaraq xəndəyə düşüb, 17 nəfər yaralanıb.
Bu barədə "Haber Global" məlumat yayıb.
Qəza Keltepe Xizək Mərkəzi yolunda baş verib. 78 ACL 031 nömrəli mikroavtobus xizək mərkəzindən qayıdarkən dərəyə aşıb.
Məlumata görə, nəqliyyat vasitəsində xəsarət alanlar sürücü və 16 əcnəbi tələbədir.
Hadisə yerinə jandarm, yanğınsöndürənlər, AFAD və 112 Təcili Tibbi Yardım briqadaları göndərilib. Tibbi briqadaların ilk müdaxiləsindən sonra yaralılar xəstəxanalara yerləşdirilib.
Cibuti və Seneqallı olduqları müəyyən edilən tələbələrin Karabük Universitetinin təhsil alanlardır.


