Karateçilərin "Arpaçay Open-2026" turnirinə start verilib
Yanvarın 30-da "Sərhədçi" İdman Kompleksində karate üzrə sayca 11-ci olan ənənəvi "Arpaçay Open-2026" turnirinə start verilib. Azərbaycan Karate Federasiyası (AKF), Gənclər İdman Nazirliyi (GİN) və Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə keçirilən və üç gün davam edəcək turnirdə 12 ölkəni təmsil edən 1200-ə yaxın karateçi dayan üzərinə çıxaraq medallar uğrunda mübarizəyə qatılıb.
Turnirin ilk günü təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində AKF-nin prezident, MM-nin üzvü Ülvi Quliyev, MMC-nin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov və Arpaçay Karate Klubunun direktoru Yavər Hüseynov, eləcə şəhid Vüsal Şahmatçının valideynləri çıxış ediblər.
Bu arada dünya şöhrətli karateçi, dünya karatesinin brilyantı adını daşıyan Rafael Ağayev və qadın yiqmanin lideri, titullu idmançı İrina Zaretska federasiya tərəfindən mükafatlandırılıb.
Rəsmi mərasimin ardından bədii hissə başlayıb. Sonda isə turnirin ilk final döyüşləri keçirilib.
İNTİQAM Məmmədov


