"Qarabağ" və "Nyukasl" arasında keçiriləcək oyunların tarixləri açıqlanıb
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" və "Nyukasl" komandaları arasında keçiriləcək oyunların tarixləri açıqlanıb.
Ağdam klubunun İngiltərə Premyer Liqa komandası ilə oyunu 18 fevralda Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
24 fevralda İngiltərədə keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.
İki oyunluq oyunun qalibi Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanacaq.


