Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçumuz Gülər Hüseynova Dakar-2026-da döyüşəcək 

Seneqalın paytaxtı Dakarda keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Yeniyetmələrin 4-cü Yay Olimpiya Oyunları (Dakar-2026) davam edir.  Qeyd edək ki, proqramına 20 idman növünün daxil edildiyi Oyunlarda ölkəmiz 8 növdə 13 idmançı ilə təmsil olunur. Bu növlərdən biri də noksdur. Boks yarışlarına noyabrın 7- də start veriləcək və 12-də həlledici final görüşləri ilə yekunlaşacaq.

ABF-dən verilən məlumata görə ölkəmizi bu yarışda məşqçi İlkin Ağayevin rəhbərliyi altında Gülər Hüseynova (51 kq) təmsil edəcək.

İNTİQAM Məmmədov