Ağıllı saatlar nə dərəcədə təhlükəlidir?
Sınaqdan keçirilmiş 20 fərqli ağıllı saat qolbağının 95%-də xəstəliyə səbəb olan bakteriyalar aşkar edilib.
Florida Atlantik Universitetinin tədqiqat qrupu onlarda infeksiyaya səbəb ola bilən potensial patogen növlərini aşkar edib.
"Plastik və rezin qolbaqlar bakteriyaların böyüməsi üçün daha uyğun bir mühit təmin edə bilər. Çünki məsaməli və statik səthlər bakteriyaları cəlb etməyə və kolonizasiya etməyə meyllidir".
Lakin istifadə edilən qolbaq növündən asılı olaraq nəticə dəyişə bilir.
Ən çox kauçuk və plastik qolbaqlar bakteriya saxlayır.
Tədqiqatlar qol saatlarının və bənzərlərinin xəstəxana şəraitində potensial infeksiya mənbəyi ola biləcəyini göstərir.
Sınaqdan keçirilmiş bakteriyalar bədəndə və ətraf mühitdə çox yayılmışdır. Müəyyən şərtlər inkişaf etdikdə abses, pnevmoniya və salmonella kimi xəstəliklərə səbəb ola bilər.
İdman zalına gedənlərin qolbaqlarında daha çox stafilokok bakteriyaları müşahidə olunub.
Qolbaqları ən azı 70% etanol qarışığı olan bəzi dezinfeksiyaedici maddələr və daha təbii material olan alma sirkəsi ilə təmizləmək tövsiyə olunur.
Həmçinin bu hər gün dərimizlə müntəzəm təmasda olan bütün digər cihazlara da aiddir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.