Nəriman Qasımoğlu:
ÖLÜM YOXDUR, ESTAFET VAR
Qasım Qasımzadə - 100
Qasım Qasımzadə yaradıcılığı bizim ədəbiyyatımızda orijinal bir hadisədir.
Dağların əzəmətli obrazı, İşıqlı dağı, Dəlidağ, Murov, Çeyti, Tər-Tər çayı, Azərbaycanın "zümrüd tac"ı Şuşa, Laçın, bu məmləkətin bütün qayaları, bütün boyaları, təbii gözəllikləri bu poeziyada çox əlvan naxışlarla, təkrarsız bir şeriyyətlə əks olunub.
Biz bunu zaman-zaman izləmişik mətbuatda və bağrımıza basmışıq Qasım Qasımzadə poeziyasını...
Bir şeirində Bakı amfiteatrdır, bir başqasında şimali Azərbaycan uçan qartaldır. Ancaq böyük məhəbbət sayəsində bu gözəllikləri kəşf etmək olar. Qasım Qasımzadə poeziyasında dərin bir məhəbbət yaşayır Azərbaycana, Azərbaycanın timsalında bəşəriyyətə, planetə dərin məhəbbət.
Eyni zamanda kəmlər, cılız adamlar, layiq olmayanlar bu təbiətə, böyük ucalığa, babalara, qəhrəmanlığa - Azərbaycan anlayışına layiq olmayanlar damğalanır bu poeziyada. Xatırlayıram "Bir az" şeirini -
Bir az qanan,
Bir az nadan.
Bir az yeni, bir az qalıq,
Bir az ətdir, bir az balıq....
Tanınmaqdır dərdi-səri,
Bir az düzdür, bir az əyri....
Bu cür dayaz, şər adamlar, cılızlar Qasım Qasımzadənin, poeziyasının düşmənidir.
Biz Qasımzadəni həmişə ön səngərdə görmüşük. Azərbaycan poeziyasının, ictimai fikrinin, elmi fikrinin ön axarında görmüşük, hücumçu görmüşük. Onun qəzəbində bir təmkin yaşayır, təmkinində qəzəb və məhəbbət əkizdir.
Mən böyük sevinc içindəyəm. Bütün fəlakətlərə baxmayaraq Azərbaycan mənəviyyatı diridir. Hesab edirəm ki, həm Qasımzadə, həm də onun mənsub olduğu xalq bu döyüşlərdən alnı açıq, üzü ağ çıxacaq. Bizim büdrəməyə, sarsılmağa, göz yaşı tökməyə, matəm keçirməyə vaxtımız yoxdur. Ölüm yoxdur, ümumiyyətlə. Ancaq estafet var, insanları bir-birinə bağlayan zəncirlər silsiləsi var. Bu zəncirlər silsiləsində bizim fəxrimizdir Qasımzadə, onun poeziyası, onun şəxsiyyəti, onun baş ucalığı və onun mənsub olduğu böyük Azərbaycan dünyası. Alqış sənətkara!
Xəlil Rza. Nizami adına Ədəbiyyat İnstitutunda Qasım Qasımzadəyə həsr edilmiş yığıncaqdakı çıxışından. İyun, 1993
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.