“Peyğəmbər” romanının onlayn müzakirəsi keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mircəfər Seyidovun “Peyğəmbər” romanının onlayn müzakirəsini təşkil etdi.
Müzakirə iştirakçılarına məlumat verildi ki, “Peyğəmbər” kitabı tərcüməçi Mustafa Üğünç tərəfindən Türkiyə türkcəsinə tərcümə edilmiş və qardaş ölkənin “Çıra Yayınları” nəşriyyatı tərəfindən nəşr olunmuşdur.
Müzakirə zamanı bildirildi ki, Həzrət Məhəmməd peyğəmbərin həyatı və peyğəmbərlik dövrünü bədii formada əks etdirən kitab geniş oxucu kütləsi qazanıb. Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova yazıçının həyat və yaradıcılığı haqqında məlumat verərək bildirdi ki, Mircəfər Seyidov uzun müddət mətbuat və nəşriyyat sahəsində, habelə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda elmi işçi kimi çalışmışdır. Müxtəlif illərdə "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində və digər mətbu orqanlarda onun hekayə, şeir və esseləri dərc olunub. O, “Göylərə çəkilmiş ümid”, “Bərdə şəhidləri”, “Ələviyyə ana”, “Kişi var eldən gedər”, “Kərbəla”, “Cəbhə hekayələri”, “Düşüncələr”, “Qəfil oyanış” kitabların müəlifidir.
Müzakirədə iştirak edənlər qeyd etdilər ki, “Peyğəmbər” romanı maraqlı bir epizodla başlanır. Burada Həzrət Məhəmməd (s) peyğəmbərin gördüyü varlığın təsviri verilir. Peyğəmpərimizin eşitdiyi ilahi kəlamların onun varlığına hakim kəsildiyi əks olunur. Peyğəmbərimizin tarixi anlar yaşaması, görüb səsini eşitdiyi ecazkar məxluqla böyük mələk cənab Cəbrayılla görüşü və ona göndərilən ilk Allah kəlamı – ilk vəhu yazıçı tərəfindən o qədər ustalıqla təsvir olunur ki, oxucu bir anlıq o anın həyacanını yaşayır, əsərin təsirinə düşür. Hadisələrin bir-birini əvəz etdiyi romanı oxuduqca bütün çətinliklərə baxmayaraq, Məhəmməd (s) Peyğəmbərin Allahın risalətinin təblığini davam etdirməsini sadə bədii dildə oxuculara çatdırılır. Məhz əsərin sadə dili, maraqlı süjet xətti romanın müxtəlif kateqoriyalı oxucular tərəfindən maraqla oxunmasına səbəb olmuşdur.
Müəllif 2016-cı ildə Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasında fəal iştirakına və "Bərdə şəhidləri" kitabına görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin "Fədai" medalı ilə təltif edilmişdir.
Kitabın elektron variantı aşağıdakı keçiddə yerləşdirilmişdir:
https://drive.google.com/file/d/1R0MTobT-UIEfc97MCvVPT-QAlwsFieQz/view
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.