Milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində
Heydər Əliyevin 100, Azərbaycan Peşəkar Milli teatrının 150 illiyi çərçivəsində teatrların regionlara səfəri layihəsində teatrımızın kollektivi də uğurla çıxış edib.
Yaradıcı heyət Lənkəran Dövlət Dram Teatrının səhnəsində Əziz Nesinin "Öldür məni, canciyər" komediyasını oynayıb.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti, Prezident mükafatçısı, Qızıl Dərviş mükafatı laureatı Firudin Məhərrəmovdur. Quruluşu rəssam Nabat Səmədova, musiqi tərtibatçısı Anar Süleymanovdur. Rollarda Əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərli çıxış edir.
Tamaşa alqışlarla qarşılanıb.
Sənət ocaqlarının yaradıcı heyətləri gələcək mübadilələri müzakirə edib. Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə gerçəkləşən səfərlər teatrlar arasında inteqrasiyanı gücləndirir, ümumilikdə yaradıcılığa töhfə verir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.