Hümbət Quliyev:
Qarpız və pendir (olmuş hadisə)
Məmur olduğum vaxtlar idi, işlədiyim Komitənin sədri mənə dedi ki, Avropadan çox yüksək ranqlı komisar gəlib, bütün nazirliklərdə olub, sabah bizim Komitədə olacaq. Sonda onun lap yuxarıda görüşü olacaq, elə etməliyik ki, bizdən narazı qalmasın.
Sabah onu nahara sən apararsan, ən yaxşı restoranı seç, pul limitin yoxdur, sadəcə çeki gətirərsən, mühasibatlıq hər şeyi həll edəcək.
Ertəsi gün Komitə ilə sıx tanışlıqdan sonra, günortaya yaxın qonağı mənə təhvil verdilər. İlkin tanışlıqdan sonra qonağın kulinariya prioritetlərini soruşdum, fikrim də o idi ki, onun prioritetlərinə uyğun restoran seçim.
Bakıda olan ən yaxşı restoranlar barədə araşdırma aparmışdım və qonağın istənilən seçiminə hazır idim.
Hiss etdim ki, yemək sözündən qonaq elə bil bikefləşdi. Bir az da söhbətdən sonra anladım ki, nazirliklər bir- birilə bəhsə- bəs bu yazığı hər gün o ki var kabablardan yedizdirib- içizdiriblər. İndi də yemək adı gələndə, o, sadəcə, büzüşür.
Ağlıma qəflətən bir fikir gəldi. Söz vaxtını çəkər, iyul ayı idi, ya da avqust, qarpızın yaxşı vaxtı idi. Qonağı maşına otuzdurb sürdüm doğma Sumqayıt tərəfə. Yolda qarpız, pendir və təndir çörəyi aldım.
Ceyranbatanda böyük bağı olan bir dostum vardı, zəng etdim ona ki, ağaclığın altında bir palaz sər, mütəkkələri də çox elə.
Xülasə, təəccübdən hey mənə baxan qonağı gətirdim dostumun bağına. Xoşbəxtlikdən qarpız da əla çıxmışdı. Qonağa qarpız- pendiri milli mətbəximizin ənənəvi təamı kimi təqdim etdim. Qarpız kəsməyin fəlsəfəsini, qoyun pendirinin sağlamlıq üçün inanılmaz xeyirlərindən, min illərin inanılmaz təamı olan təndir çörəyindən qonağa bolluca danışdım.
Bir sözlə bəh- bəhlə həm qonağın, həm də özümüzün dad reseptorlarını yaxşıca sevindirdik.
Üç gündən sonra Komitə sədri məni yanına çağırıb soruşdu:- Sən qonağı hansı restorana aparmışdın ki, durub- oturub elə sənin qonaqlığından danışır? Başqa nazirlər də məndən restoranın adını soruşurlar.
Cavab verdim ki, Sumqayıta yaxın bir yer var, bir gün də sizi o restorana apararam, İnşallah!
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.