Firuz Mustafa:
Haqq dünyasına köçən İlqar...
Dünən axşam eşitdik ki, İlqar haqq dünyasına köçüb. İlqar Nəriman oğlu Məmmədov. Nəriman müəllim Gədəbəyin Zəhmət kəndində doğulmuşdu. Yüksək təhsilli inşaatçı idi. Ölkəmizin əksər regionlarında ucaltdığı binalar, tikdiyi körpülər indi də onun sənət əsəri kimi qalmaqdadır. Tanıyanlar onu mərd, üzügülər, zarafatcıl, ailəcanlı bir şəxs kimi xatırlayır. Erkən rəhmətə getdi. Övladlarını bibim qızı, tanınmış riyaziyyat müəlliməsi Məfkurə Rəhim qızı böyütdü. İki qız övladı- Rəna və Mədinə, habelə indi ititrdiyimiz İlqar ali təhsil aldılar, həyatda öz yollarını seçdilər. Tərbiyəli övladlar böyütdülər.
İlqar iqtisadçı idi. O, vətənpərvər, savadlı, yumoru sevən bir oğlan kimi hamının hörmətini qazanmışdı. Onun vaxtsız vəfatı hamımızı çox təsirləndirdi...
Görünür, Tanrının məsləhəti belə imiş.
Mən İlqarı sevənlərin, tanıyanların, onun qohum və əzizlərinin hamısına səbr diləyir, son qəminiz olsun-deyirəm...
Yeri cənnət olsun!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.