Rəsul Həmzətovun 100 illik yubileyinə həsr olunmuş kitab kitabxanaya hədiyyə edildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadənin “Milyonların nəğməkarı – Rəsul Həmzətov” kitabı nəşr olunub. Müəllif kitabı kitabxanaya hədiyyə edib.
Dünyaşöhrətli şair Rəsul Həmzətovun anadan olmasının 100 illiyi ilə əlaqədar dünyanın bir çox ölkələrində şairin yubileyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Rusiya Federasiyasında 2023-cü il “Rəsul Həmzətov İli” elan olunub. R.Həmzətovun yubileyi Azərbaycanda da qeyd olunacaq. Çoxsaylı tədqiqat əsərləri və kitabların müəllifi, tanınmış publisist-politoloq Reyhan Mirzəzadə dünyaşöhrətli şair Rəsul Həmzətovun anadan olmasının 100 illiyi ilə əlaqədar “Milyonların nəğməkarı – Rəsul Həmzətov” kitabını yazıb.
Reyhan Mirzəzadə xalqlararası ədəbi-mədəni əlaqələrə dair çoxsaylı elmi-publisistik məqalə və kitabların müəllifidir. Onların arasında “Rus ədəbiyyatı qəlbimin işığında”, “Bəşəri zəkanın rus dahiləri”, “Böyük şair – vətəndaş”, “Pedaqoji fikir tarixindən”, “Zəka məşəli”, ”Fikrin böyük sənətkarı”, “Bəşəriyyətə şölə saçan teatr günəşi” və s. kitablar var.
Oxuculara təqdim olunan bu kitabda Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayıb-yaratmış və dünya ədəbiyyatı, poeziyası tarixinə misilsiz töhfələr bəxş etmiş avarəsilli şair Rəsul Həmzətovun bəşəri yaradıcılığından bəhs edilir.
Kitab ön söz və “Rəsul Həmzətovun həzin və odlu misralarından”, “Rəsul Həmzətov. Dağıstanın üç sərvəti”, “Rəsul Həmzətovun həyatı fotoşəkillərdə”, “Rəsul Həmzətov. Ata və ana. Od və Su”, “Rəsul Həmzətovun unudulmaz şeirlərindən” bölmələrdən ibarətdir.
Kitaba ön sözü yazıçı-publisist Zöhrə Əsgərova yazıb.
Kitabda R.Həmzətovun vaxtı ilə öz dilindən deyilmiş sözlər diqqət çəkir: “Mənim xalqımı Azərbaycanla bağlayan tellər çoxdur – tarix, mədəniyyət, ənənələr və məişət. Biz hamımız bir kökdən qaynaqlanmışıq. Hələ gənclik illərində mən Azərbaycana sevgi hissləri ilə dolu şeirlər yazmışam. İlk dəfə məni Azərbaycanla Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir tanış edibdir...”
Kitabın ilk bölməsində müəllif şairin ölməz misralarını oxucuların diqqətinə çatdırır, “Dağlar ölkəsi” və “Çoxdilli” adı ilə şöhrət tapmış bu gözəl diyarın adət-ənənələri haqqında, Dağıstan xalqları arasında yayılmış qəribə əfsanə haqqında məlumat verir. Müəllif bildirir ki, dağıstanlılar üçün Azərbaycan, azərbaycanlılar üçün isə Dağıstan həmişə doğma və əziz olmuşdur. Kitabda 11 yaşından yaradıcılığa başlayan şairin xatirələri maraq doğurur. Burada onun nadir istedadı, ictimai-siyası fəaliyyəti, yurdumuza məhəbbəti, uzun illər Azərbaycanın ziyalıları, şairləri ilə dostluq, qardaşlıq əlaqələri haqqında, həyatının çətinliklərdən keçən keşməkeşli məqamlarından da ətraflı məlumatlar verilir. Rəsul Həmzətov öz müəllimi kimi rəğbət bəslədiyi Səməd Vurğun haqqında xüsusilə qeyd edir ki, onun poeziya ocağı xalqın qəlbinin odu ilə yanır və onu heç kəs söndürə bilməz.
Kitabın birinci bölməsində yazıçı-publisist Reyhan Mirzəzadə Ulu Öndər Heydər Əliyevin xalq şairi Rəsul Həmzətovun 75 və 80 illik yubileylərindəki təbriklərini oxucuların diqqətinə çatdırır.
Kitabın ikinci və dördüncü bölmələrində Vilayət Rüstəmzadənin tərcüməsində Rəsul Həmzətovun “Mənim Dağıstanım” ikinci kitabından “Dağıstanın üç sərvəti” və ”Ata və Ana. Od və Su” adlı parçalar təqdim olunur.
Kitabın üçüncü “Rəsul Həmzətovun həyatı fotoşəkillərdə” bölməsində tarixi fotoşəkillər verilib.
Kitabın son bölməsində Rəsul Həmzətovun unudulmaz şeirləri Əhməd Cəmilin və Tofiq Bayramın tərcüməsində oxuculara təqdim olunur. Kitabda həmçinin musiqisi Qulu Əsgərova aid “Əziz dostum” şeiri də yer alır.
Yazıçı-pulisist qeyd edir ki, Rəsul Həmzətovun bütün yaradıcılığı – kiçik şeirlərdən tutmuş böyük poemalaradək, xırda qeydlərdən başlamış əzəmətli “Mənim Dağıstanım”adək... bu həqiqət üzərində ucalan məğrur bir kaşanədir.
Kitabın elektron variantı aşağıdakı keçiddə yerləşdirilib:
https://drive.google.com/file/d/1PWL-fRSkuRvwHDLSQpr2SwB7zZWHsnjR/view
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.