Elçin Mirzəbəyli:
Ən böyük cinayətlər məsuliyyətsizlikdən doğur...
Əsərləri həm sar, həm də sovet Rusiyasında qadağan edilən yazıçı-dramaturq Leonid Andreyevin çox sevdiyim bir pyesi var, "Anatema" adlanır.
"Anatema" Andreyevin şeytana verdiyi addır, təxminən "dönük", "yolundan sapmış" mənasını verir.
Pyesdə Anatema Tanrı ilə idrakın sərhədləri, yaranışın sirrləri ilə bağlı mübahisə edir və David Leyzer adlı kasıb bir yəhudini haqlı olduğunu sübuta yetirmək üçün hədəf seçir.
Vəkil cildinə girmiş şeytan tərəfindən aldadılaraq “peyğəmbər” olduğuna inanan, zəif, iradəsiz, səriştəsiz David son nəticədə yüzminlərlə insanı uçuruma doğru aparır, məhvə sürükləyir...
Sar Rusiyasında senzura iddia edirdi ki, Andreyev "David Layzer" obrazı ilə İsa Məsihin prototipini yaratmağa çalışıb və xristianlığın yaranışını şübhə altına alıb.
Sovet Rusiyasında isə senzura hesab edirdi ki, Andreyev Leninin obrazını yaradıb. Halbuki "Anatema" 1909-cu ildə qələmə alınmışdı və həmin dövrdə Vladimir Ulyanov "proletariatın dahi rəhbəri" deyildi...
Andreyev isə, sadəcə bədii obraz yaratmışdı, öz düşüncəsini qələmə almışdı və təbii ki, İsa Məsihi nəzərdə tutmamışdı...
Təəssüf ki, əksər yaradıcı adamların taleyi belədir. Hər kəs onların əsərlərində öz "həqiqətini" görməyə çalışır. Əsl həqiqəti isə heç kim görmək istəmir.
“Anatema”nı çox sevməyimin isə başqa səbəbləri var. Əsəri ilk dəfə oxuyanda 1990-cı ilin sentyabrı idi. Həmin dövrdə ölkəmizdə baş verən hadisələri, yəqin ki, yaşıdlarım yaxşı xatırlayır. Leonid Andreyevin əsəri gözümün önündə baş verən hadisələrə fərqli bir rakursdan baxmağa imkan verdi və həyatımın istiqamətini tamamilə dəyişdirdi. Anladım ki, şəraitin diqtə etdiyi şərtlərdən asılı olmayaraq, daşıya bilməyəcəyi yükün altına girən, tuta bilməyəcəyi sözü sağa-sola “paylayan”, bacarıqsızlığına, səriştəsizliyinə müxtəlif bəhanələrlə “don” biçməyə çalışan insanlardan uzaq durmaq lazımdır.
Əmin oldum ki, ən böyük cinayətlər məsuliyyətsizlikdən doğur...
ŞƏRHLƏRDƏN:
Ceyran Abushova:
Haqlısız. Ən təhlükəli 2 növ insan var: cahil və məsuliyyətsiz. Cahili qandırmaq olmur, məsuliyyətsizi də dayandırmaq. Hər ikisi də özünü haqlı sayarsa daha təhlükəli olurlar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.