Tahir Süleymanov:
Azərbaycan futbolunda xidmətləri olmuş insanlar heç vaxt unudulmamalıdır...
Rasim Rəfiyev - 75 yubileyi ilə bağlı fotolar gec çatdırıldığı üçün, tədbirlə bağlı münasibətimiz bir qədər yubandı. Bununla yanaşı, "Neftçi", Azərbaycan futbolu naminə əməyi keçmiş, şəxsi vəsaitini əsirgəməmiş insan haqqında fikir bildirmək heç vaxt gec deyil...
Yubilyarın övladı Riad Rəfiyev telefon açanda, atasının yubiley matçında komandaları, futbolçuları yenidən meydana çıxarmaq təklifini edəndə, Rasim Rəfiyev ruhu qarşısında fərqli yanaşma ola bilməzdi...
Rasim müəllim öz dövründə imkanlı olmasına baxmayaraq, hər zaman sadəliyi, xalqın arasında olması ilə seçilirdi. Rəhbərlik etdiyi "Neftçi"də rəsmi vitse-prezident statusu daşısa da, komandanın faktiki sponsoru, himayədarı idi. Çətin vaxtlarda, bu missiyanı öz üzərinə götürmüşdü...
Rasim Rəfiyev məşqçi/futbolçu heyətinə qayğı göstərməsi, istənilən şərait yaratması ilə birgə, tələbkarlığı, obyektivliyi ilə seçilirdi, haqsızlığa yol verməzdi. Eyni zamanda zarafatcıl, ünsiyyətçil olmağı ilə yanaşı, kimin kim olduğunu, insanları yaxşı tanıyırdı...
Rasim Rəfiyev vətənpərvərliyi ilə də seçilirdi.
Şəxsi vəsaitini tək "Neftçi" adına xərcləmirdi, federasiyanın imkansız illərində milli komandaya da təmənnasız xidmət edir, Azərbaycan futbolu yolunda əməyini, imkanlarını, pulunu əsirgəmirdi...
Təsadüfi deyil, gördüyü işlər, rəhbər keyfiyyətləri müqabilində "Neftçi" öz dövrünün ən uğurlu illərindən birini keçirir, futbolçular göstərilən qayğının qarşılığını verirdilər. Tarixə yazılan çempionluqlar, kuboklar buna əyani sübutdur.
Rasim müəllim çox az yaşadı. Qısa ömründə adını xeyirxah, qayğıkeş insan kimi Azərbaycan futbola, "Neftçi" tarixinə qızıl hərflərlə yazdırdı.
Son illərində ölkə futboluna xərclədiyi şəxsi vəsaitə görə də heç vaxt heyslənmədi, çünki, öz istəyi, futbola olan sevgisinə görə bunu edirdi...
Uzun illərdən sonra, o dövrün futbolçularını 3:3 bitən matçda yenidən yaşıl meydana dəvət etmək, Rasim Rəfiyev adını, şəxsiyyətini uca tutmaq, xoş hisslər oyatdı. Azərbaycan futbolunda xidmətləri olmuş insanlar heç vaxt unudulmamalıdır...
Bu gün futbol idarəsizliyi, sponsorsuzluq girdabında çabalayan ölkə futbolunda Rasim Rəfiyevin zamanında gördüyü işlər nümunədir və futbolu sevən imkanlı şəxslərə örnəkdir. Tədbirdə, yubiley matçında iştirak edənlərin hər birinə bir daha təşəkkürlər!
Ruhun şad olsun, Rasim müəllim!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.