Heydər Əliyev – 100
“Fotoları danışdı“ sənədli filmi təqdim olundu
Bu yaxınlarda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sənədli film ictimaiyyətə təqdim edilmişdir.İctimaiyyət tərəfindən böyük maraqla qarşılanan “Fotoları danışdı“ sənədli filminin ideya müəllifi və rejissoru Beynəlxalq dərəcəli fotoqraf Fərqanə Qasımlıdır. Filmdə fotoqraf və və fotomüxbirlərin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri , nadir fotolar diqqəti cəlb edir.Bir çox tədbirlərdə fərqli media subyektlərinin ( Rafael Qənbərov, Rafiq Bağırov, Şahvələd Eyvazov, Mirnaib Həsənoğlu, Dilavər Nəcəfov , Rasim Sadıqov və s. ) təqdim etdikləri fotolar tamaşaçılarda böyük maraq doğurmuşdur. Heydər Əliyevin prezident olduğu on il ərzində onun rəsmi və qeyri-rəsmi fotolarını çəkən fotomüxbirin xatirələri tamaşaçını Heydər Əliyevin qaynar, enerjili fəaliyyəti ilə daha yaxından tanış edir. Film Ulu Öndərin Naxçıvanda Ali Məclisin sədri olduğu,həm də , Bakıda Ali Sovetin sədri və Prezident olduğu dövrlərdəki fəaliyyətini əks etdirən məşhur fotoları, onların tarixçəsini özündə cəmləşdirə bilmişdir. Sənədli filmdə cəmiyyətə ilk dəfə təqdim edilən maraqlı arxiv fotolar da vardır. Çəkilişlərinin Azərbaycanda və Gürcüstanda aparıldığı “ Fotoları danışdı “ sənədli filmini Ümummilli Liderimizin 100 illik yubileyinə layiqli töhfə hesab etmək olar .
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.