Xalqımızın qan yaddaşında əbədi qalan 20 Yanvar hadisələri fədakar fotoqrafların çəkdiyi xronika ilə də əbədiyyət qazanmışdır. Qanlı şənbə gecəsi sovet ordusu kontingentinin Bakıda törətdiyi qətliamın lentə alınaraq dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidməti olan fotoqraflardan biri də Rasim Sadıxovdur. Hazırda “Azərbaycan Press video-foto faktoru” mətbu nəşrin – “AZpress.AZ” xəbər saytının təsisçisi və baş redaktoru olan Rasim Sadıxovun həmin məşum günlərdə çəkdiyi yüzlərlə fotosu var.
“Xalq qəzeti” redaksiyasında təşkil edilmiş “Azadlığa aparan yol” sərgisində müəllifin həmin nadir fotoları toplanıb. Qəzetin baş redaktoru Əflatun Amaşov ekspozisiyanı açaraq xalqımızın müstəqillik mübarizəsində 20 Yanvar hadisələrinin xüsusi rolu olduğunu vurğuladı, qurbanlar bahasına başa gələn suverenlik və müstəqilliyimizi milli nailiyyət kimi dəyərləndirdi.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra bildirildi ki, tanınmış fotojurnalist Rasim Sadıxova məxsus olan 20 Yanvar mövzulu fotolar əsl tarixi sənədlər kimi dünyaya yayılmış və o zaman Azərbaycanın ətrafında yaradılmış informasiya blokadasının yarılmasında böyük önəm daşımışdır.
“Xalq qəzeti”ndə çalışan həm-karlarının qarşısında çıxış edən Rasim Sadıxov özünün bir vətəndaş kimi həmin hüznlü günlərdəki yaşantılarından danışıb, nümayiş etdirilən ayrı-ayrı fotolardan bəhs edərək çəkiliş zamanı qarşılaşdığı maneələri necə dəf etməsini xatırladı. Qaçan anları fotoaparatının bir şaqqıltısı ilə tarixi sənədə çevirə bilmiş peşəkar fotojurnalistin “Azərbaycan” nəşriyyatındakı yarıqaranlıq fotolaboratoriyasında lentləri yuyub iplərdən asdığı, şüşələrə yapışdırıb qurutduğu məqamlar göz önündə canlandı.
Açılış mərasiminin iştirakçıları sərgidəki fotomateriallara baxdılar, Rasim Sadıxovun fədakar əməyini yüksək qiymətləndirdilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.