Ceyran Həsənova:
SƏHNƏMİZİN " KEFLİ İSGƏNDƏRİ" QABİL QULİYEV
Qabil Quliyev 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub.O, ilk təhsilini 8 illik kənd məktəbində, orta təhsilini Cəlilabad 1 saylı şəhər orta məktəbində almışdır. 1966-cı ildə orta məktəbin 10-cu sinfini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxumuş və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək 1968-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Azərbaycanın xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinfində təhsil almışdır.Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində aktyor kimi çalışmışdır. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb hərbi xidmətə yollanır və Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edir.O burada kütləvi səhnələrin çəkilişlərində iştirak edir, kaskadyorluq sənətinin sirlərinə yiyələnir. Bir ildən sonra hərbi xidmətini başa vurub vətənə dönür və taleyini Lənkəran Dövlət Dram Teatrına bağlayır.Ailəlidir, iki qız övladı var.
Fəaliyyəti-1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışır. 100-dən artıq tamaşada rol alıb. Bir neçə bədii filmə çəkilib. Lənkəran Dövlət Universitetində 12 il etika, estetika və kulturologiyadan dərs deyib.
1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ıldə xalq artisti adına layiq görülüb.
Lənkəran Dövlət Dram Teatrında oynadığı rollar-
M. Musiyenko. "Nəsillər eşidin" – Kapitan Kartaşov (1974)[2]
Nəbi Xəzri. "Sən yanmasan" — Yanar (1974)
Nazim Hikmət. "Bayramın birinci günü" – Firuz (1974)
Cəfər Cabbarlı. "Oqtay Eloğlu" – Oqtay (1975)
Uilyam Şekspir. "Qış nağılı" – Poliksen (1976)
Səməd Vurğun. "Vaqif" — Qacar (1976)
Rüstəm İbrahimbəyov. "Yaşıl qapı arxasında qadın" – Saleh (1976)
M. Hüseyn. "Alov" – Kamalov (1978)
N. Miroşniçenko. "Üçüncü nəsil" – Valter (1978)
İ. Hüseynov. "Bir kişi vardı" – Mursaqulu (1979)
İlyas Əfəndiyev. "Atayevlər ailəsi" – Şahsuvarov (1980)
Anar. "Şəhərin yay günləri" – Şamxal (1980)
Cəlil Məmmədquluzadə. "Ölülər" – İsgəndər (1983)
V. Vişnevski. "Nikbin faciə" – Kapitan (1983)
Səməd Vurğun. "Fərhad və Şirin" – Xosrov (1984)
Üzeyir Hacıbəyov. "Olanlardan-keçənlərdən" – Mirzə (1985)
V. Hüseynov. "Yuxuda zarafat" – Lətif Lələyeviç (1985)
Fridrix Şiller. "Qaçaqlar" – Fon Moor (1985)
Bəxtiyar Vahabzadə. "Yağışdan sonra" – Aslan (1989)
Nikolay Qoqol. "Müfəttiş" – Zemlyanika (1989)
Ş. Qurbanov. "Sənsiz" – Fərhad (1989)
S. Stratiyev. "Avtobus" – Ağıllı (1990)
Nazim Hikmət. "Demoklisin qılıncı" – AB (1992)
Y. Edlis. "Kölgələrin oyunu" – Antonio (1995)
B. Nuşiç. "Nazirin xanımı" – Ninkoviç (2003)
Sofokl. "Şah Edip" – Edip (2007)
Q. Fiqeyredo. "Ezop" – Ksanf (2008)
M. Xubai. "Neron" – Pavel (2009)
Çəkildiyi filmlər:
2 (2008, qısametrajlı bədii film) – aktyor (ata)
Cavad xan (2008, tammetrajlı bədii film) – aktyor (Aleksandr Mirzə)
Gürzə (2008, bədii serial) – aktyor (hakim)
Köhnə dəyirman (2010, bədii serial) – aktyor (Çingiz xan)
Təlatüm (II) (2011, tammetrajlı bədii film) – aktyor
Yol (II) (2011, qısametrajlı bədii film) – aktyor (professor)
Qız yükü (2013, bədii serial) – aktyor (Kamil)
Sevginin göz yaşları (2013, bədii serial) – aktyor (Bahadur)
İkinci bahar (2014, bədii serial) – aktyor (Zakir)
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.