2023-cü il fevralın 15-də Azərbaycan Televiziyasının (AzTV) nəzdində yaradılmış “Sabah” Yaradıcılıq Studiyasının 30 yaşı tamam olur. Artıq 30 ildir ki, bu sənət məktəbində yaradılan və hər zaman tamaşaçı tərəfindən sevə-sevə baxılan bir çox ekran əsəri, o cümlədən uşaqdan-böyüyə hər kəsin sevimli teletamaşası olan “Ac həriflər”, “6 nömrəli palata”, “Bala-başa bəla!”, “Dəvətnamə”, “Kamança”, “Məhbus”, “Ömürdən uzun gecə”, “Yarımştat”, “Cəza”, “Yaşıl eynəkli adam”, “Fatehlərin divanı”, “Nigarançılıq”, “Nekroloq” kimi sənət əsərləri, audiovizual mədəniyyətimizin ən parlaq nümunələrindən olmaqla yanaşı, həm də yeni televiziya estetikasının formalaşmasında böyük rol oynamışdır. Təsadüfi deyil ki, 30 il keçməsinə baxmayaraq “Sabah” studiyasının istehsalı olan bu sənət əsərləri bu gün də xalqımız tərəfindən sevilərək baxılır və səmimi, xalq dili ilə vəhdət təşkil edən dialoqları dillər əzbəri olmağa davam edir.
Studiyanın rəhbəri - Azərbaycanın Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlunun “Sabah”ın yaradılmasında və fəaliyyətində, bu “məktəb”in neçə-neçə gənc sənətçinin sənət sınağından uğurla keçməsində əvəzsiz rolu və böyük əməyi olmuşdur. Ramiz müəllimin ““Sabah”ın yaranmasına Cəlil Məmmədquluzadənin “Kamança” əsəri səbəb oldu” deyərək çıxış etməsi və sonralar Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyev kimi klassiklərin əsərlərinə müraciət edilməsi bu sənət ocağının ərsəyə gətirəcəyi əsərlərin keyfiyyətindən xəbər verirdi. 30 il keçməsinə baxmayaraq hələ də bu ənənəni davam etdirən və fəaliyyətini klassiklərlə yanaşı yeni nəslin də ən parlaq qələm sahiblərinin əsərlərini ekranlaşdırmağa həsr edən studiyanın yaradıcı kollektivini, bu ocaqda əməyi olan bütün sənətçi dostlarımızı, AzTV-nin rəhbərliyini və bütün kollektivini yubiley münasibəti ilə təbrik edir və onlara tamaşaçıları sevindirərək bu silsiləni davam etdirəcək neçə-neçə yeni əsərlərin yaradılmasında uğurlar arzulayırıq.
Azərbaycan Professional Kinorejissorlar
Gildiyasının İdarə Heyəti
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.