Hər bir millətin qüdrəti həm də onun düşünən beyinlərinin adı, tarixə çevrilən tərcümeyi-halı ilə bağlıdır.
Fevralın 15-də çox dəyərli ziyalımızın, fizika və texnika sahəsində dünyaca məşhur alimimiz, Akademik Arif Mircəlal oğlu Paşayevin doğum günüdür!
Unudulmaz yazıçımız, böyük alim, pedaqoq Mircəlal Paşayevin mənəvi təmizliyini, ustad ucalığını, ziyalı keyfiyyətlərini bioqrafiyasında cəmləşdirən, taleyinə həm də Milli Aviassiya Akademiyasının qurucusu və rektoru kimi ucalıq yazılan Arif Mircəlal oğlu Paşayevi bu əziz gün münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram.
Adı Milli Aviasiya Akademiyasının yaradıcısı kimi tarixə daxil olan böyük alim, müəllim və qurucu rektorla təkcə onun aviator, pilot yetirmələri, davamçıları, doğmaları deyil, həm də tarixi qələbənin, Zəfərin sevincini yaşayan hər bir Azərbaycalı qürur duyur.
Səmamızın fatehinə çevrilən və böyük şəxsiyyətdən, alimdən dərs alan şahinlərimiz təkcə Mülki Aviasiyanın deyil, həm də Hərbi Hava Qüvvələrinin inkişafına da əhəmiyyətli töhfələr verərək, 44 günlük tarixi Zəfərdə misilsiz qəhrəmanlıqlar göstərdilər.
Hörmətli, Arif müəllim!
Əldə olunan bu naliyyətlərdə Sizin alim, pedaqoq, rektor kimi xüsusi əməyiniz, zəhmətiniz var. Birinci Qarabağ savaşı, Ermənistan-Azərbaycan müharibəsi başlayanda Azərbaycan səmasında görünən helikopterləri – döyüş təyyarələrini qeyri millətlərin nümayəndələri idarə edir, səmamıza başqa ölkələr tərəfindən nəzarət olunurdu. Milli kadrlar barmaqla sayılacaq dərəcədə idi. Məhz Sizin peşəkar fəaliyyətiniz sayəsində yetişən milli kadrlar təkcə pilot olaraq fəaliyyət göstərmirlər, həm də kosmik tədqiqatlar, aeronoviqasiya sahəsində əldə etdikləri uğurlarla ölkənin elmi və intellektual potensialını zənginləşdirirlər. Azərbaycanın ilk rabitə peykinin orbitə buraxılması, bu sahədə əldə olunan elmi naliyyətlərdə də Sizin imzanız vardır.
Siz, eyni zamanda, xoşbəxt ata və babasınız. Adı milli dövlətçilik tariximizə həkk olunan müdrikliyi, xeyirxahlığı, Azərbaycan, Türk qadınına xas ali keyfiyyətləri ilə nümunəyə çevrilən ölkənin Birinci xanımı, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın və Azərbaycan ədəbiyyatşünaslığına ciddi töhfələr verən AMEA-nın Vitse-Prezidenti, MDU-nun Bakı filialının rektoru, akademik Nərgiz xanım Paşayevanın atası, çox dəyərli Leyla xanım və Arzu xanım kimi istedadlı və nüfuzlu ictimai xadimlərin, görünüşü, duruşu və təmkinilə hər bir soydaşımızda rəğbət və sevgi qazanan Heydər İlham oğlu Əliyevin babasısınız. Ailə dəyəriniz və şəcərənizlə xalqımıza, dövlətimizə başucalığı gətirirsiniz.
Uca Yaradan Sizi və ailənizi qorusun.
Sizi bir daha təbrik edir, uzun ömür və can sağlığı arzulayıram!
Dərin hörmət və ehtiramla,
Fəzail Ağamalı
Millət Vəkili, Ana Vətən Partiyasının sədri
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.