Fevral ayının 8-də görkəmli bəstəkar Tofiq Quliyevin Bakıda abidəsinin açılışı olmuşdur. Ölkə Prezidentinin də iştirak etdiyi açılışda bir neçə nəfər çıxış etmiş, musiqiçi ilə bağlı xatirələrini bölüşmüş, bəstəkarın xatirəsinə göstərilən ehtirama görə təşəkkürlərini bildirmişlər. Amma çıxışçılardan biri də heykəl müəllifinin adını belə çəkməmişdir!!! Niyə və nə üçün? Suallarına cavab tapmaq da olmur. Əgər heykəlin kürsüsündə onun yaradıcısının adı yazılsaydı, buna bəlkə də heç ehtiyac qalmazdı. Təəssüf ki, dəfələrlə deyilməsinə baxmayaraq abidələrin üzərində onun yaradıcılarının adı yazılmır. Qənaətimizcə, indiki halda əgər abidənin müəllifi tanınmış tişə ustası olsaydı, mütləq və həmişə olduğu ünvanına doyunca təriflər söylənərdi. Amma ilk dəfədir ki, paytaxtda çoxlarının tanımadığı – 44 yaşlı müəllifin ərsəyə gətirdiyi heykəl ucaldılmışdır. TURAL RZAQULİYEV adlı bu gənci dəstəkləmək və ona yeni-yeni uğurlar arzulamaq əvəzinə, onun abidənin açılışında iştirak etməsinə baxmayaraq ona söz vermək bir yana dursun, heç adını belə çəkmək qənaətimizcə, yaxşı hal deyil. Eybi yoxdur, onlar unutsalar da biz unutmadıq! Elə isə uğuruna şərik olduğumuzla yaxından tanış olun:
Tural Rzaquliyev
Tural Rzaquliyev həm Azərbaycan, həm də xarici ölkələrdə monumental heykəltəraşlıq nümunələrinin müəllifidir.
1979-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə A. Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasını bitirib, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Heykəltəraşlıq” fakültəsini, 2002-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsini bitirib. Rəssam və heykəltəraş Tural Rzaquliyev 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
“Gənclər və incəsənət” adlanan gənc rəssamların sərgisində, 2001-ci ildə Mədəniyyət Nazirliyin Fəxri fərmanını alıb. 2002-ci ildə rəssamlıq sənəti sahəsində qazandığı uğurlara görə Gənclər mükafatına layıq görülüb. 1999-cu ildən “QGallery” qalereyası ilə əməkdaşlıq edir. 2008-ci ildə Bakıda Muğam teatrının açılışı olub və Turala Rzaquliyevə teatrın foyesində yerləşən 30 büstlərdan ikisi məxsusdur.
Heykəllər və abidələr: 2005 – Şah İsmayıl Xətainin heykəli, Masallı rayonunda 2011 - Nizami Gəncəvinin heykəli, Masallı rayonunda 2016 – Dəmiryolçuların heykəlləri, Mərkəzi Dəmir Yol vağzalı, Bakı, Azərbaycan 2017 – “Həyat” kompozisiyası, 4 heykəl, Bulvar Hotel, Bakı, Azərbaycan 2018 – “Dəniz atları” fəvvarələr, Ağ Şəhər, Bakı, Azərbaycan 2018 – Mustafa Kamal Atatürkün heykəli, İstanbul, Türkiyə 2019 – “Şərabçı” və “Üzüm yığan qız” heykəl kompozisiyası, Savalan, Qəbələ 2019 – “Gün və gecə” heykəl, ADA universiteti, Bakı Sərgilər: 1999-cu ildən – Respublika gənclər sərgilərində iştirak edir, Rəssamlar İttifaqı, Bakı, Azərbaycan 2012 – “Xocalı faciəsi”-nə həsr olunmuş sərgi, Rəssamlar İttifaqı, Bakı, Azərbaycan 2014 – “Küknar” Festivalının “Səməni” sərgisi, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan 2016 - “Daşın nəğməsi” I Beynəlxalq Heykəltəraşlıq Simpoziumu, iştirakçı, Qala, Bakı, Azərbaycan 2017-2019 - “Daşın nəğməsi” Beynəlxalg Heykəltəraşlıq Simpoziumları, təşkilatçı, Qala, Bakı, Azərbaycan Əsərlər Fransada, Almaniyada, İtaliyada, İspaniyada və digər ölkələrdə saxlanır.
Ziyadxan Əliyev
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.