Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Uşaqların başına açılmayan oyun qalmadı. Valideyn elə bilir uşaq onun fermasının bir inəyidir və çox yedizdirib çox süd almalıdır. 5 yaşından hazırlıq, 6 yaşında məktəb, 7 yaşında ingilis dilindən, 8 yaşında riyaziyyatdan, 9 yaşından fizikadan daha nə bilim nədən hazırlıqlar. İndi də guya valideyn internet vasitəsi ilə canlı olaraq uşağı məktəbdə də izləyəcək. Bu vəhşi davranış böyüklərə nifrətdən başqa bir şey yaratmır uşaqda. Təsəvvür edin hər gün 7 yaşlı uşaq "dərsi yaxşı danışmadığımı anam telefonda görəcək" qorxusu ilə yaşayacaq. Bu qəddarlıq bilirsiniz haradan gəlir? Valideynlərin özlərinin hökmranlıq emosiyalarını başqa situasiyada həyata keçirə bilməməsinin "uşağa qayğı" adı ilə boşaltmasıdır.

Ay adam, ay insan bu uşaqdır e, uşaq.

Sonra da deyirlər cavanlar bizlə yola getmir. Sən onu adam saymayanda nə olmalıdır?