Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ:
KARYERA PERSPEKTİVLƏRİ, ETİBARLI İXTİSASLAŞMA VƏ SEÇİM İMKNLARI
Artıq universitetlərin elm və təhsil sahələrində vəhdət halında idarə etdiyi proseslər elə bir mərhələyə qədəm qoymuşdur ki, onlar, həm aparılan araşdırmaların nəticələrinin çevik olmasına, həm əmək bazarının dəyişən tələblərinə xas olan mütəxəssis hazırlığının həyata keçirilməsinə, həm də bu proseslərin etibarlı əlaqələndiricisi olmasına görə daha çox əhəmiyyət kəsb etməkdədir. İstər yeni ixtisasların tədrisinin həyata keçirilməsi ilə, istər yeni çağırışların nəzərə alınması ilə, istərsə də, ölkənin sosial siyasətinə hərəkətverici təsirinə görə seçilmiş olan islahatların davam etdirilməsi bu sahədə mühüm keyfiyyət mərhələsini təşkil etməkdədir. Əldə olunan nəticələr isə ixtisaslı kadrların hazırlanması proseslərinə, ölkənin işsizliklə mübarizə tədbirlərinə, əmək bazarına çevik uyğunlaşmanın təmin olunmasına və bütün tərəflərinə görə, məşğulluq siyasətinin səmərəliliyinə özünü zəruri təsirlərini etməkdədir. Elə bu məqsədlə, müxtəlif tədbirlərin həyata keçirilməsi, səmərəli layihələrin reallaşdırılması, gənclərin, tələbələrin, daha doğrusu, məzunların əmək bazarına, bu vasitə ilə iş yerlərinə inteqrasiya olunmasına etibarlı zəmin yaratmaqdadır. Məhz tələbələrlə iş sahəsində atılmış olan tədbirlər, məzunlarla uzunmüddətli və perspektivli tədris münasibətlərinin davam etdirilməsi, nəticə etibarı ilə, müasir dünyanın tədris sahəsində daha da aktual olan tələblərinin diqqətdə saxlanılması daha mütərəqqi hesab olunur.
Təbii olaraq, bu sahədə həyata keçirilən tədbirlər içərsində “Karyera sərgisi”nin olduqca mühüm əhəmiyyətini qeyd etmək olar ki, bu sahədə də, qalib ölkənin inkişaf edən ali məktəbi olan Naxçıvan Dövlət Universietinin önəmi, rolu və əhəmiyyəti daha da artmaqdadır. Naxçıvan şəhərində “Böyük bağ” da təşkil olunan Karyara sərgisi olduqca mühüm nəticələrinə görə yadda qalacaq. Təşkilatçılarından birinin də Naxçıvan Dövlət Universitetinin olduğu bu sərgi ölkənin sosial siyasətinin, məşğulluq sahəsindəki tədbirlərinin, davamlı iqtisadi islahatlarının həm yeni mərhələsinin ifadəsi, həm də bu proseslərdə elə universitetimizin önəmli töhvəsi olmaqdadır.
Ölkənin sosial-iqtisadi inkişaf sahəsindəki uzunmüddəli hədəflərinə və prioritetlərinə əlçatanlıq gətirən bu proseslər bir-birini əvəz edən illərin olduqca mühüm nəticələrini ortaya qoymaqdadır. Onu qeyd etmək olar ki, 2024-cü ildə keçirilən karyera sərgisində 6 min nəfər iştirak etməklə, təklif olunan vakant yerlərin sayı 2 min olmuşdur. Eyni zamanda, birinci karyera sərgisində iştirakçı təşkilatların sayı 39 olmuşdursa, 2025-ci ildə təşkil olunan sərgidə bu rəqəm 42 olaraq qərarlaşıb. Olduqca əlamətdar hal ondan ibarət olmaqdadır ki, sərgidə təmsil olunan təşkilatlar içərisində dövlət sektoru ilə yanaşı, həm də özəl bölmənin müəssisələrinin olduğunu demək olar. Dayanıqlı və etibarlı məşğulluq siyasətinin təsisatlarının yarandığı sərgidə əmək bazarının tələbləri nəzərə alınmaqla, 2 min vakant yer təklif olunmuşdur. Burada, Naxçıvan Dövlət Universitetinin həm təşkilaçılardan biri olaraq, həm də, əmək bazarına ixtisaslı kadr hazırlayan təhsil müəssisəsi kimi fəaliyyəti, önəmi və rolu da aktuallığına görə seçilmiş olur. Hər şeydən əvvəl ona görə ki, Naxçıvan Dövlət Universiteti:
- əmək münasibətlərinin tənzimlənməsi sahəsində səmərəli təşkilalanması ilə seçilir;
- tələbələrin etibarlı ixtisaslaşması ilə onların məhz karyera baxımından hazırlanmasına zəmin yaradır, dəstək olur;
- sosial dayanıqlılıq sahəsində səmərəli ideyalar mərkəzi olaraq təşəkkül tapır;
- əmək bazarının çevikliyinə və bu sahə üzrə qanunların daha da işləkliyinə təminat yaradır;
- mütəxəssis hazırlığına müasir yanaşmanın olduqca mühüm istiqamətlərini özündə əks etdirir.
Bütün bunlarla yanaşı, universitetin də təşkilatçılığı ilə reallaşan sərgi, eyni zamanda, işaxataranlara, onlarla işəgötürənlər arasındakı münasibətlərin tənzimlənməsinə, kadr hazırlığının səmərəli nəticələrinə və işsizliklə mübarizə tədbirlərinə yeni nəfəs verəcək. Əmək bazarının öyrənilməsi, onun dəyişən tələblərinə adekvat tədbirlərin görülməsinin diqqətdə saxlanılması və bu çərçivədə universitetlərin rolunun müəyyən olunmasında Naxçıvan Dövlət Universitetinin gördüyü işlər həqiqətən də bir model olaraq əhəmiyyətlidir. Eyni zamanda, bu, məzunlarla iş sahəsində universitetlərin uzumüddətli hədəflərinin daha da əlçatan olmasına dəstək olacaq.
Bu mənada, Kariya sərgisi, dayanıqlı sosial siyasətin səmərəli təşkili və idarə olunması müstəvisində yeni keyfiyyət mərhələsinin əsasları olacaq. Xeyirli olsun!