Etibar Əliyev: Akif Əlizadə alimlərə düşən evləri qahmarlayanda da yəqin ki, Ağanın cəddinə and içib
Афаг Мамедова
Ehtimal ki, Akif Əlizadənin akademik və AMEA-nın prezidenti olmasında Mir Mövsüm Ağanın cəddinə inancı kömək olub.
Vusale Rustemova
Alimin inancına bir söz deyə bilmərəm,azaddır özü bilər.Bağ evi ,nejaveyka nərdivan ,hovuz və tapılmayan nejaveykaya görə ağanın cəddini köməyə çağırmaq .Necə bəsit düşüncəsi və həyatı olub.Adamı ağlamaq tutur,görəsən nə əcəb bizlər sağ qalmışıq.Alim var ki,cırıq ayaqqabı ilə auditoriyaya gedir,düşünməkdən ölüb gedir.Alim də var evinin pilləkəni çatmayanda yerdəkiləri buraxıb,göydəkiləri köməyə çağırır.Pisi də odur ki,bu adam alimlərə neçə illər başçı (rəhbər)olub
Elxan Rzayev
Bir akademikin məişət probleminin həlli üçün "seyid cəddi" çağırmağını oxuyanda ilk ağlıma gələn fikir belə oldu ki, az qala deyəm "boyunu yerə soxum", amma vaz keçdim. Demirəm.....
Onsuz da ordakıların əksəriyyəti elə bu gündədirlər. Yazıq millət....
Nəbi Ramazanlı
Akademiya kimi nüfuzlu bir yerə Mahmud Kərimov kimi savadlı, intellektli və gözləri tox olan bir alimdən sonra Akif Əlizadə kimi yaramaz, şərəfsiz və oğru birinin gətirilməsindən başladı Milli Elmlər akademiyasının faciəsi. Bütün ömrünü elmə deyil də ancaq məişət məşğuliyyətlərinə həsr edən bu oğrunu çox yaxşı tanıyıram. Gərək ki, o da məni tanısın. 1992-ci ildə bu yaramaz alimcik Ataxan adlı bir kafel ustasının arxasınca Bərpaçı baş idarəsinin rəisi olduğumçün qəbuluma gəlmişdi. Düzdü ona təmənnasız köməkliyim oldu və bu gün ona haramı olsun deyirəm. Çünki, üstündən 26 il keçdikdən sonra bu şərəfsiz mərhum qardaşım Məhəmmədəli Ramazanovun AMEA-ya seçkiləri zamanı nəticə protokoluna öz saxta imzasını atdı. Bu oğru BDU-dan oğurladığı 10 sot ərazidə tikdirdiyi yüksək mərtəbəli binada nə qədər elmi işçinin haqqını yedi. Mir Mövsüm ağanın cəddi ancaq belələrinə oğurluq etməyə yarayar. Görmürsüzmü cavan oğul itirən ata bir az da olsa sarsılar, oğlunun ruhu xətrinə ətrafdakılara etdiyi pis əməllərdən çəkinər. Amma bu dəyirman xoruzu kimi dimdirik gəzir. Ömrünü elmə deyil, məişət qayğılarına həsr edən bu alimciyə elə mən də işgəncələrlə, acılarla dolu 100 il nədir ki, daha çox yaş arzuladım. Bir dəfə onun haqqında yazmışdım: Hər şeyə qurd düşəndə duz tökərək onun qurdunu təmizləyərlər. Bu şərəfsiz Azərbaycan elminin duzuna qurd saldı… Bəli elmin duzuna qurd saldı…
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
Etibar Əliyev:
Akif Əlizadə alimlərə düşən evləri qahmarlayanda da yəqin ki, Ağanın cəddinə and içib
AMEA-nın keçmiş prezidenti, akademik Akif Əlizadə Mir Mövsüm Ağanın cəddinə inandığını belə izhar edib: "Burada direktor olduğum vaxtlardır, Amerikaya səfərim var. Sabah Amerikaya uçmalıyam. Pirşağıda bağda hovuz düzəltmişəm. Hovuza düşmək üçün usta deyib nerjoveyka pilləkən lazımdır. Bir aydır axtarıram. Hara özümü vururam, tapa bilmirəm. Usta da tələsdirir, narahatam ki, işim qalacaq. Sürücüyə dedim, sür Sabunçuya, orada bir təsərrüfat mağazası var, ora baxaq. Seyid, təsərrüfat mağazasına çatar-çatmaz gördüm, orada dörd dənə mən istəyən nerjaveyka. Dördü də bir-birinin yanında qoyulub, gəl apar... Cəddini çağırmışdım! Kömək elədi. Aldım apardım, ustaya verdim, mən gəlincə Amerikadan, düzəltdi qoydu yerinə... Ona mən çox inanıram. Elə insanlar Allah tərəfindən vasitəçi, korrespondent kimi yaradılır."
Akif Əlizadə AMEA-nın prezidenti olduğu vaxtlarda alimlərə düşən evləri qahmarlayanda da yəqin ki, Ağanın cəddinə and içib. Həqiətən də bu görməmiş hərəkətə görə ona heç bir irad tutulmadı...
P.S. Qərbin nəhəng alimlərinin əksəriyyəti Allaha inanıblar. Bizimkilər isə...Mən də Mir Mövsüm Ağanın cəddinə dua edirəm ki, Akif müəllim 100 yaşı haqlasın.