Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN

 Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi keçirilib

Türkiyənin Adıyaman şəhərində Birinci Beynəlxalq Kommagene  Fotoqrafiya Zirvəsi keçirilib. 

Tədbirdə 10 ayrı ölkədən 75 beynəlxalq fotoqraf və eyni zamanda jurnalistlər iştirak ediblər. 

Fotoqraflar bu dəfə foto-kameralarının obyektivlərini Adıyamanın tarixi, mədəni abidələrini və təbiət mənzərələrini ölümsüzləşdirmək üçün işə salıblar. Onlar Adıyamanın Besni, Çelikhan, Gerger, Gölbaşı, Kahta, Samsat, Sincik, Tut kimi şəhərlərinin qədim tarixini, adət-ənənələrini, mədəniyyətini özündə əks etdirən destinasiyalarına səfər ediblər. 

Beynəlxalq Zirvədə Azərbaycanı Rauf Umud, Pəri Arifqızı, Aysel Aslanqızı təmsil edib.

Tədbirin keçirilməsində məqsəd 2023-cü il fevralın 6-da baş vermiş dəhşətli zəlzələdən ən çox zərər çəkmiş şəhərdən biri olan Adıyamanda turizm sektorunun yenidən inşasına töhfə verməkdir. Eyni zamanda Adıyamanın tarixi, mədəni, qastronomiya sahəsində milli dəyərlərinin tanıdılması hədəflənib. Bu kontekstdə on fərqli destinasiyada qonaqlar Adıyamanın tarixi və mədəni gözəlliklərini öz gözləri ilə görmək imkanı əldə ediblər.

Qeyd edək ki, Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi çərçivəsində çəkilən şəkillərin ilk sərgisi Bakıda keçiriləcək.
Xatırladaq ki, tədbir Adıyaman valiliyinin təşkilatçılığı, Adıyaman rayon Mədəniyyət və Turizm İdarəsinin koordinatorluğu ilə 25-28 aprel tarixlərində baş tutub.

Pəri Arifqızı

Best coffeeshop in Berlin