Qadın voleybol millimiz İslamiadanin hazırlığına başlayıb
Azərbaycanın qadın voleybol komandası baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında qarşıdakı 6-ci İslamiadaya (İslam Həmrəyliyi Oyunları) hazırlıq xarakteri təlim-məşq toplanışına (TMT) start verib. AVF-dən verilən məlumata görə, "Milli Aviasiya Akademiyası" voleybol klubunun idman zalında təşkil edilən toplanışa 12 voleybolçu cəlb edilib. TMT-də Faiq Qarayevə məşqçilərdən Famil Ağayev, Ziya Rəcəbov və Emin Əbilov yardım edir.
Yeri gəlmişkən, 6-cı İslamiada 7-21 noyabr günlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçiriləcək.
Hələki, millimizin İslamiadadakı qrup təqibləri müəyyənləşməyib.
İNTİQAM Məmmədov


