Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU “Times Higher Education” reytinqində TOP-600-də qərarlaşıb

Bakı Dövlət Universiteti (BDU) dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyinin açıqladığı “Impact Rankings 2025” nəticələrinə əsasən qlobal miqyasda ilk 600 universitet arasında qərarlaşaraq 401–600 diapazonunda yer alıb. Bu, Universitetin ötənilki 1001–1500 diapazonundakı mövqeyi ilə müqayisədə əhəmiyyətli yüksəlişini nümayiş etdirir.

Dünyanın nüfuzlu 2318 ali təhsil müəssisəsinin yer ala bildiyi reytinqdə BDU bu il 15 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə qərarlaşaraq, ötənilki 9 DİM göstəricisi ilə müqayisədə ciddi irəliləyişə nail olub.

BDU-nun ümumi nəticə göstəricisi 35% artaraq, 53.2-dən 71.8-ə yüksəlib, bu isə Universitetin dayanıqlı inkişaf sahəsində atdığı addımların və həyata keçirdiyi islahatların nəticəsidir.

BDU 4 Dayanıqlı İnkişaf Məqsədi – “Yoxsulluğa son” (DİM 1), “Keyfiyyətli təhsil” (DİM 4), “Gender bərabərliyi” (DİM 5) və “Bərabərsizliyin azaldılması” (DİM 10) üzrə qlobal miqyasda TOP-100 nüfuzlu universitet arasında yer alıb. Bundan əlavə, Universitet “Torpaq ekosisteminin mühafizəsi” (DİM 15) və “Sülh, ədalət və səmərəli institutlar” (DİM 16) üzrə 101–200 aralığında qərarlaşıb. Habelə, “Aclığa son” (DİM 2), “Təmiz su və sanitariya” (DİM 6), “Layiqli əmək və iqtisadi artım” (DİM 8), “Dəniz ekosisteminin mühafizəsi” (DİM 14) üzrə 201–300 diapazonunda mövqe tutub.

Məlumat üçün bildirək ki, “THE Impact Rankings” reytinq siyahısı THE tərəfindən hazırlanmış və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsasında dünyanın ali təhsil müəssisələrinin sosial, iqtisadi və ekoloji sahələrdəki töhfəsini ölçən qlobal reytinq sistemidir. Bu reytinq universitetlərin tədqiqat fəaliyyəti, idarəetmə siyasətləri, sosial təsiri və ictimai öhdəliklərini obyektiv meyarlarla qiymətləndirməklə onların dayanıqlı inkişafa verdiyi dəstəyi əks etdirir.

Bu nailiyyət BDU-nun qlobal səviyyədə artan nüfuzunu və Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyini nümayiş etdirir. Reytinqdəki bu ciddi irəliləyiş Universitetin sosial məsuliyyət, ətraf mühitin mühafizəsi, inklüziv təhsil və bərabər imkanların təmin olunması sahələrində göstərdiyi sistemli və nəticəyönümlü fəaliyyətin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. Bu, eyni zamanda, BDU-nun beynəlxalq əməkdaşlıqlar üçün daha cəlbedici tərəfdaş olmasına və qlobal akademik arenada rəqabət qabiliyyətliliyinin artmasına töhfə verir.

 

RUS:

БГУ вошел в ТОП-600 рейтинга Times Higher Education

По результатам рейтинга Impact Rankings 2025, объявленного агентством Times Higher Education (THE), Бакинский государственный университет (БГУ) вошел в число 600 лучших университетов мира, заняв 401–600 место. Это демонстрирует значительный рост позиции вуза по сравнению с прошлогодним положением в диапазоне 1001–1500.

В рейтинге, включающем 2318 вузов по всему миру, в этом году БГУ добился прогресса по 15 Целям устойчивого развития (ЦУР) ООН, достигнув улучшения по сравнению с 9 показателями ЦУР прошлого года.

Общий показатель результативности БГУ вырос на 35% с 53,2 до 71,8, что является итогом шагов, предпринятых университетом в области устойчивого развития, и проведенных реформ. БГУ входит в ТОП-100 самых престижных университетов мира по 4 целям устойчивого развития — «Ликвидация нищеты» (ЦУР 1), «Качественное образование» (ЦУР 4), «Гендерное равенство» (ЦУР 5) и «Сокращение неравенства» (ЦУР 10). Кроме того, университет занимает места в диапазоне 101–200 по направлениям «Защита экосистемы почвы» (ЦУР 15) и «Мир, правосудие и эффективные институты» (ЦУР 16). Вуз также занимает места в диапазоне 201–300 по направлениям «Ликвидация голода» (ЦУР 2), «Чистая вода и санитария» (ЦУР 6), «Достойный труд и экономический рост» (ЦУР 8) и «Защита морских экосистем» (ЦУР 14).

Best coffeeshop in Berlin