Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi basketbol millimiz evdə Lüksemburqla bacarmayıb

Noyabrın 30-da kişi basketbol yığmaları arasında Avro-2029-un (FİBA EUROBAKET-2029) seçmə qrup oyunları çərçivəsində İkinci turun oyunları keçirilib. Turnirin "A" qrupunda yer alan Azərbaycan millisi doğma divarlar arasında Lüksemburq komandasını qəbul edib. Bakı İdman Sarayında baş tutan oyun qonaq komandanın 5 xal fərqli qələbəsi ilə başa çatıb - 90:95 (18:25, 26:32, 17:25, 29:13). Hissələrdən göründüyü kimi, ilk 3 hissə qonaq komandanın üstünlüyü ilə keçib. Millimiz yalnız sonuncu (4-cu) hissədə fəal olaraq rəqibdən iki dəfə çox xal toplayıb - 29:13. Lakin bu fəallıq və üstünlük komandamızı məğlubiyyətdən xilas edə bilməyib. 

Xatırladaq ki, birinci turda millimiz səfərdə Şimali Makedoniyaya uduzub - 49:87. Lüksemburq isə ilk turda İrlandiyanı evdə məyus etmişdi - 89:77. Beləliklə, Azərbaycan millisi hər iki oyunda məğlub olub, Lüksemburq isə əksinə ilk iki turu qələbə ilə başa vuraraq, qrup liderliyini ələ alıb. 

Yeri gəlmişkən, qrup oyunlarının qalanı 2026-ci ildə keçiriləcək.

 Hazırda "A" qrupunda vəziyyət belədir:

Komanda    O   Q   M   T/F   X 

1. Lüksemburq    2   2   0   +17   4

2. Ş. Makedoniya    1   1   0   +38   2

3. Azərbaycan    2   0   2   -43   2

4. İrlandiya    1   0   1   -12   1

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin