Boksçularımız dünya çempionatında döyüşəcəklər
3-13 dekabr günlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişilər arasında boks üzrə dünya çempionatı keçiriləcək. Dünyanın 120-dən çox ölkəsini təmsil edən boksçuların mübarizə aparacağı bu mundialda Azərbaycan 11 dəri əlcək ustası ilə çıxış edəcək.
ABF-dən verilən məlumata görə baş məşqçi Ravşan Xocayev heyətə bu günlərdə Budapeştdə U-23 Avropa çempionatında birinci yeri tutan Sübhan Mamedovu (48 kq), Nicat Hüseynovu (51 kq), Zəlimxan Süleymanovu (54 kq), Ümid Rüstəmovu (57 kq), Məhəmmədli Aşurəliyevi (60 kq), Maqsud Xasmetovu (63,5 kq), Zaur Qəhramanovu (67 kq), Sərxan Əliyevi (70 kq), Səidcəmşid Cəfərovu (80 kq), Alfonso Dominqesi (86 kq) və Məhəmməd Abdullayevi (+90 kq) cəlb edib.
Daha iki həmyerlimiz - Fuad Aslanovla Rövşən Qədirov mundialda ədaləti qoruyacaq.
Azərbaycan komandasına ümumi rəhbərliyi isə ABF-nin İdarə Heyetinin üzvü Rövşən Hüseynov edəcək.
İNTİQAM Məmmədov


