Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Humay” mükafatının qalibləri məlum olub +FOTO=57

21.11.2025-ci il tarixində "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının qalibləri məlum olub.

AZpress.AZ xəbər verir ki, mükafat “Humay” Milli Mükafatı Akademiyasının üzvləri tərəfindən hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verilir.

Bu dəfə mükafata Azərbaycan televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə Tamilla Ələkbərova, Azərbaycan təbiətinin zənginliyi və müxtəlifliyi haqqında bir sıra rəsm əsərlərinə görə Nigar Bağırova, Azərbaycan karikatura janrının inkişafına verdiyi töhfəyə görə Bayram Hacızadə, Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ etdiyinə görə Natavan Həsənova, musiqimizi türk dünyasında təbliğ etdiyinə görə Yulizana Kuxmarova layiq görülüblər.

Mükafatın kitab nəşri nominasiyasında kiçik və orta yaşlı uşaqlar üçün rəngarəng təsviri silsilə kitabları nəşr etdiyinə görə Bəhram Bağırzadə “Humay” mükafatı, Rasim Balayev, Adil Abdullayev, Baba Vəziroğlu isə Fəxri diplomla ilə təltif ediliblər. 

Qeyd edək ki, “Humay” 1993-cü ildən "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan və laureatları "Humay" Akademiyasının üzvləri tərəfindən müəyyən edilən milli mükafatdır. Laureatlar əsasən ədəbiyyat, teatr, musiqi, rəqs, kino, elm, kitab nəşri, mətbuat, televiziya, idman, foto nominasiyaları üzrə fərqlənən namizədlər arasından seçilir.

Fotolar: Mahir Əhmədov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: 

+99450 554 34 23

Best coffeeshop in Berlin