Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə  Vətən müharibəsində milli-mənəvi dəyərlərin roluna həsrolunmuş tədbir +FOTO=29

Noyabrın 20-də Ağcabədi Bayraq Muzeyində “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans  keçirilib. Azərbaycan Respublikası Dini Qurumlarla İşüzrə Dövlət Komitəsinin təşəbbüsü ilə baş  tutan tədbirdə ictimaiyyət nümayəndələri, din xadimləri, dini icma sədrləri, şəhid ailələri, qazilər və media nümayəndələri iştirakediblər.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki,tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik süktla yad olunub. Daha sonra giriş nitqi ilə komitənin Qarabağ və Şərqi Zəngəzur Regional bölməsinin müdiri vəzifəsini icra edən, tədbirin moderatoru  Pərviz   Eyvazov çıxış edib.
Mövzuya  dair sənədli filmin nümayişindən sonra isə digər çıxışlara başlanılıb. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Dini komissiyanın sədri Xətai Zeynalov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin məsləhətçisi Ramil Hikmət, Yeni Azərbaycan Partiyası  Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, şəhid anası Məlahət Həziyeva, Ağcabədi Pedaqoji Kollecinin direktoru, müharibə veteranı Bəxtiyar Əliyev və   Ağcabədi şəhər “Cümə” məscidinin imamı Röya Balayev  öz çıxışlarında Vətən müharibəsində əldə edilən Zəfərin milli birlik, mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik sayəsində mümkün olduğunu vurğulayıblar.Qeyd olunub ki, bu qələbə yalnız silahla, texnika ilə qazanılmadı. Bizi zəfərə aparan daha güclü bir  vasitə - ruhumuz, mənəviyyatımız və  milli dəyərlərimiz idi.

Best coffeeshop in Berlin