Qadın basketbol millimiz İslamiadanin yarımfinalına yüksəlib
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-cı İslamiadada 3x3 basketolu üzrə qadınların yarışında qrup oyunları başa çatıb və yarımfinalçılar müəyyənləşib. Qeyd edək ki, A qrupunda yer alan Azərbaycanın qadın millisi qrup oyunlarını qələbə ilə başa vuraraq, vahid lider kimi yarımfinala yüksəlib. Yığmamız yarımfinalda B qrupunun ikincisi ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan komandası qrupda Səudiyyə Ərəbistanı 21:8, Türkiyəni 19:11, Kot-d'İvuar isə 21:14 hesabla məğlub edib.
İNTİQAM Məmmədov


