Şəhid pilot 3 ay əvvəl təyyarə qəzasından xilas olubmuş
Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb.
Qəza nətivəsində Meşəçilik Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsinin pilotu Həsən Bahar şəhid olub.
AZpress.AZ-ın məlumatına görə, Həsən Baharın 3 ay əvvəl - bu ilin avqust ayında Muğlanın Yatağan rayonunda baş verən təyyarə qəzasından xəsarətlərlə sağ çıxdığı məlum olub.
O vaxt xəsarətlərlə sağ qalan Həsən Bahar təcili yardım maşını ilə Muğla Təlim və Araşdırma Xəstəxanasına aparılıb və burada müalicə alıb.


