Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan cüdoçusu İslamiadada qızıl medal qazandı

Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda özbəkistanlı Xurşida Razzokberdiyevanı məğlub edərək qızıl medal qazanıb.

Digər cüdoçumuz Aytac Qardaşxanlı (70 kiloqram) İslamiadada üçüncü yeri tutub.

Bu gün həmçinin Zelim Kotsoyev (100 kiloqram) finalda, Günel Həsənli (78 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar

Best coffeeshop in Berlin