Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Veteran cüdoçumuz Mövlud Mirəliyev dünya çempionu olub 

Fransanın paytaxtı Parisdə veteran cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı davam edir. ACF-dən verilən məlumata görə, yiqmamizin daha iki üzvü uqurla çıxış edərək, mükafatçılar sırasında yer alıb. Qazanılan iki medaldan biri qızıl, digəri isə bürünc əyarlı olub. Qızıl medal M5 kateqoriyasında çıxış edən Mövlud Mirəliyevin (100 kq), bürünc isə M6 kateqoriyasında güləsən Azər Əsgərovun (100 kq) aktivinə yazılıb. Qeyd edək ki, üçüncü  dəfə dünya çempionu adını qazanan Mirəliyev həlledici finalda braziliyalı Joao Santuşu, Əsgərov isə bürünc medal uğrunda fransalı Tyerri Lefevri məğlub edib.

Bununla da, Azərbaycan komandasının aktivindəki medalların sayı 5-ə (1-0-4) çatıb. 

Xatırladaq ki, mundialın ilk günlərində Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, 66 kq) və Zaur Bağırov (M4, +100 kq) üçüncü yeri tutmaqla bürünc medal qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin