Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Zəfər bayramı ərəfəsində Qusarda kitab təqdimatı olub +FOTO=39

4 noyabr tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Qusar rayon Musiqi Məktəbində şairə Esmira Günəşin kitablarının təqdimatı keçirilib.

AZpress.AZ xəbər verir ki, şəhid Oleq Cəfərovun ad gününə təsadüf edən tədbir bütün şəhidlərin xatirəsinə həsr olunaraq, zəfər coşqusuyla qeyd olunub.

Tədbirdə Qusar şəhid ailələri, Qusar rayon mədəniyyət nümayəndələri, müəllimlər və məktəblilər iştirak ediblər. Tədbir Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Himni ilə açıq elan olunduqdan sonra, çıxış üçün ilk söz Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon üzrə nümayəndəsi Elvira Hacıbalayevaya verilib. O günün önəmindən danışaraq, hər zaman şəhid ailələrinə dəstək olduqlarını bildirib. Tədbirin gedişatında Qusar r. Heydər Əliyev Mərkəzinin direktoru Fatimə Zülfüqarova, Qusar r. Mədəniyyət Mərkəzinin direktoru Reyhan Həsənova, Qusar r. Mərkəzi Kitabxanasının direktoru Gültəkin Pənahova da çıxış edərək həm Esmira Günəşin yaradıcılığından bəhs edib, həm də şəhidlərimizin gələcək nəsillərə tanıdılmasında  kitabların önəmindən danışıblar.

Tədbirdə milli-vətənpərvərlik mövzusunda musiqilər, rəqslər, şairə Esmira Günəşin Qusar şəhidlərinə həsr etdiyi şeirlər səsləndirilib və tədbirin sonu şairə xanımın şəhid Oleq Cəfərovun xatirəsinə həsr etdiyi tamaşa ilə yekunlaşıb.  Tədbirin sonunda  məktəblilər şəhidlərin şəkillərini səhnəyə çıxarıb, tədbirdə iştirak edən bütün şəhid ailələri səhnəyə dəvət olunaraq gül buketləri təqdim olunub və mədəniyyət idarəsi tərəfindən təşkil olunmuş çay süfrəsinə dəvət olunublar.
Günün ikinci hissəsində isə şairə Esmira Günəş, mədəniyyət idarəsinin nümayəndələri və şəhid anaları birlikdə Qusar rayon Dövlət Rəsm Qalereyasında təşkil olunmuş "8 noyabr Zəfər bayramı" sərgisində qonaq olublar.

Best coffeeshop in Berlin