U-23 cüdo komandamız 4 medalla Avropada birinci olub
Moldovanın paytaxtı Kişinyovda 23 yaşlı (U-23) cüdoçular arasında keçirilən və Azərbaycan millisinin də qatıldığı Avropa çempionatı başa çatıb. İki gün davam çempionat Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, çempionata 6 çəkidə 9 cüdoçu ilə qatılan Azərbaycan yığması 37 komanda arasında çıxışını 4 (2-1-1) medalla birinci yerdə bitirib. ACF-dən verilən məlumata görə, start günü İslam Rəhimovun (66 kq) simasında bir qızıl medala sahiblənən U-23 millimiz son gündə isə bir dəst (1-1-1) medal qazanıb. Son günün qızıl medalnı Kənan Nəsibov (+100 kq), gümüşü yalnız həlledici finalda büdrəyən Ömər Rəcəbli (81 kq), bürünc medalı isə çıxışını üçüncü yerdə bitirən Aslan Kotsayev (90 kq) əldə edib.
İNTİQAM Məmmədov


