Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

FİBA Avropa Kubokunun Azərbaycan derbisi "Neftçi"nin qələbəsi ilə bitib

Dünən kişi basketbol klublarının mübarizə apardığı FİBA Avropa Kubokunun qrup mərhələsində sayca 3-cu olan turun oyunları keçirilib. Turun bizlər üçün maraqlı oyunlarından biri Bakı İdman Sarayında "Neftçi" ilə "Abşeron Lions" arasında baş tutan Azərbaycan derbisi olub. Derbidə "ağ qaralar" "aslanlar"dan güclü olub - 104:86 (20:24, 27:19, 33:17, 24:26). Bununla da "Neftçi" klubu sözügedən turnirdə ardıcıl ikinci qələbəsini qazanıb. Matçın ən məhsuldar oyunçusuna gəlincə, "Neftçi"də Stefan Kenic, "Abşeron Lions"da isə Ceyms Freyzer hərəyə 22 xalla fərqlənib. "Neftçi"nin heyətində daha bir oyunçu - Toni Petroviç 21 xalla yadda qalıb.

Yeri gəlmişkən, sözügedən turnirin "İ" qrupunda Azərbaycan təmsilciləri ilə yanaşı, "Kalev" (Estoniya) və "Trefel Sopot" (Polşa) klubu da yer alıb. Dunən hesabat turu çərçivəsində bu cütlük də qarşılaşıb. Amma oyunun nəticəsi bəlli deyil.

Hazırda "İ" qrupunda vəziyyət belədir:

Komanda    O   Q   M   T/F   X

1. Neftçi    3   2   1   0   5

2. Trefel    2   2   0   +32   4

3. Kalev    2   1   1   -3   3

4. Abşeron   3   0   3   -29   3

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin