Ziya Babaşov dünya çempionu olub
Elmir Əliyev isə DÇ-nin finalına yüksəlib
Serbiyanın Novi Sad şəhərində 23 yaşlı (U-23) gənclər arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı davam edir. Çempionatın ikinci günü Azərbaycan komandası medal hesabını qızılla açıb. AGF-dən verilən məlumata görə, qızıl medal yığmamızın üzvü, 63 kq çəkidə mübarizə aparan Ziya Babaşovun aktivinə yazılıb. O, həlledici finalda Moldovalı Vitali Yeryamenkonu məğlub edib və bununla da karyerasında ilk dəfə dünya çempionu adını qazanıb.
Yeri gəlmişkən, çempionatın ikinci günü daha 4 təmsilçimiz döşək üzərinə çıxaraq, mübarizəyə başlayıb. Onların arasından isə yalnız biri - Elmir Əliyev (55 kq) daha inamla guləşərək finala yüksəlib. O, oktyabrın 22-də rusiyalı Alibek Amirovla həlledici final görüşünə çıxacaq.
Daha bir təmsilçimiz - Ruslan Nurullayevsə (72 kq) oktyabrın 22-də təsəlliverici görüşlərə qatılacaq.
İNTİQAM Məmmədov


