“Nizami Gəncəvi: nur çeşməsi” kitabı təqdim olundu +FOTO=6
Oktyabrın 17-də filologiya elmləri doktoru, şərqşünas alim Nəsib Göyüşovun müəllifi olduğu “Nizami Gəncəvi: nur çeşməsi” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə tanınmış elm, ədəbiyyat xadimləri iştirak edib.
Kitabın müəllifi qeyd etdi ki, əsərin yazılmasının məqsədi Nizami Gəncəvinin zəngin isrini təhrifə yol vermədən, onun orijinal fikirlərini və fəlsəfi baxışlarını elmi əsaslarla oxucuya çatdırmaqdır.
“Sirius yayın evi”nin direktoru Arzu Təbrizli nəşriyyatın ilk nəşrinin Nizami Gəncəvinin ədəbi irsinə hərs etdiyini söyləyərək, söz və fikir ustadının dərin mənəvi, əbədi irsi haqqında uzun illərdən bəri deyilən, yazılan, araşdırılan dəyərli fikirlərə yeni məna qatmaq istədiklərini bildirdi.
Mərasimdə şərqşünas alim Əsmətxanım Məmmədova, filologiya elməri doktoru Gülər Abdullabəyova, professor Rəbiyyət Aslanova, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, fəlsəfə elmləri doktoru Zəkiyyə Babayeva, ilahiyyatçı Ağa Hacıbəyli və başqaları çıxış edərək kitabın məziyyətləri və önəmi haqqında fikirlərini bölüşdülər. Vurğulandı ki, kitab təkcə Nizami Gəncəvi irsinin dərinliklərini araşdırmaq istəyən ədəbiyyatşünaslar üçün deyil, həm də mənəvi özünüdərkə can atan hər bir oxucu üçün əhəmiyyətli bir qaynaqdır.
Fotolar: Rüstəm İsmayılov
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məlumatların yayımlanması üçün təqdim etdiyimiz mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:
+99477 737 75 76


