Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi şahmat komandamız AÇ-da ikinci olub, qadınlarımız isə....

Batumidə (Gürcüstan) kişi və qadın şahmatçılar arasında keçirilən və Azərbaycan komandalarınin da iştirak etdiyi komanda Avropa çempionatı bu gün son turun partiyaları ilə başa çatıb. Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olan çempionatda 40 kişi və 36 qadın komandası mübarizə aparıb. Heyəti Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı və Məhəmməd Muradlıdan ibarət olan və reytinq göstəricisinə görə dördüncü yeri tutan kişi komandamız çıxışını 13 xalla ikinci pillədə bitirib və  gümüş medala layiq görülüb. 

Yeri gəlmişkən, üçqat Avropa çempionu adını daşıyan kişi millimiz dördüncü dəfə çempion olmaq şansını son turda itirib. Xatırladaq ki, 8-ci turda yarışlara 13 xalla Vahid liderlik edən Ukrayna millisini məğlub (2,5:1,5) edərək eyni xalla liderliyi ələ alan və son tura çempionluq iddiası ilə qatılan kişi millimiz təəssüflər olsun ki, son və həlledici turda Serbiya millisi ilə bacarmayıb - 1,5:2,5. Ukrayna isə əksinə, İngiltərəni bu hesabla məqlub edərək, 15 xalla yarış cədvəlində birinciliyi yenidən özünə qaytarıb və Avropa çempionu adını qazanıb.

Çempionatda ilk üçlüyü isə 13 xalla Serbiya tamamlayıb. Hərəyə 12 xal toplayan Almaniya, Rumıniya və Gürcüstan-2 komandası 4-6-cı yerləri bölüşüb.

36 komanda arasında reytinq gostəricisi ilə dördüncü olan və heyətində Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ayan Allahverdiyevanın yer aldığı qadın millimiz çıxışını 10 xalla 10-cu yerdə başa vurub. Yeri gəlmişkən, son tura 10 xalla 6-ci yerdə qatılan xanımlarımız Polşaya (1,5:2,5) məğlub olub. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin