Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Ərkivan” komandası minifutbol turnirinin qalibi olub – MASALLI

 

Masallı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində, şəhidlərin əziz xatirəsinə həsr olunmuş veteran idmançılar arasında təşkil edilən minifutbol turnirinə yekun vurulub.
Oktyabrın 12-də Masallı şəhəri 2 nömrəli tam orta məktəbin stadionunda keçirilən final görüşündə “Ərkivan” və “Viləş-44” komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Ərkivan” komandası 1:0 hesabı ilə qalib gələrək turnirin çempionu olub.
Qalib komandaya kubok, medal və diplomlar təqdim edilib.
Qeyd edək ki, turnir “Masallı Electronics”in baş sponsorluğu, “R.S.İ Real” və “Viləş” peşəkar futbol klublarının təşkilatçılığı ilə baş tutub.

 

Akif AĞAYEV

Best coffeeshop in Berlin