Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xətai Sənət Mərkəzində “Xatirə olacaq səhnələr” adlı sərgi açılıb +FOTO=55

Azyaşlıların kollektiv sosiallaşmalarına xidmət, həmçinin,
valideynlərin onları qalereya və muzey tipli maarifləndirici
məkanlara aparmalarına təşviq etmək məqsədi ilə elan
olunmuş “Xatirə olacaq səhnələr” adlı sərgi 11 oktyabr
2025-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində açıldı.

AZpress.AZ xəbər verir ki, sərgini giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq, sərgi iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı. Söz alan Xətai rayon İcra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Kərimzadə , Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Elçin Hüseyn, Xətai
Uşaq Sənəti Qalereyasının bədii rəhbəri ,rəssam Gündüz Həbibov öz ürək sözlərini bölüşdülər. Sərgi sertifikatların təqdim olunması ilə davam etdi.
Nəzərinizə çatdıraq ki, sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Radio və Televiziya Verilişləri QSC-i, Xətai rayon İcra Hakimiyyətinin dəstəyi,
Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm
Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı elan olunmuşdur.
Sərgiyə 100-dən çox azyaşlı uşağın şüuraltı fantaziyasının məhsulu olan təsvirlər təqdim olunmuşdur.
Sərgilənmiş təsvirlərin online kataloqu :
https://online.fliphtml5.com/zcykp/swmu/
Konsepsiyamıza uyğun olan işlərin Xətai Uşaq Sənəti
Qalereyasında bir neçə həftə sərgilənməsi nəzərdə
tutulmuşdur.
Valideinlərə tövsiyə: Uşaqlara stimul yaratmaq və
xatirəni yaşatmaq naminə sərgidən sonra bu işlərin
evinizdə asılması məqsədə uyğun olardı.
Sərginin sənətsevərlər, rəssamlar və geniş ictimaiyyət
üçün maraqlı olacağına inanırıq.

Fotolar: Mahir Əhmədov

(Bildiririk ki,
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:
 +99450 554 34 23- Mahir Əhmədov)

Best coffeeshop in Berlin