Milimiz bu gün Fransanın qonağıdır
Bu gün futbol üzrə DÇ-2026-nin seçmə qrup mərhələsində sayca üçüncü turun oyunları keçiriləcək. Seçmələrin "D" qrupunda yer alan Azərbaycan millisi üçüncü tur çərçivəsində Fransanın qonaqlığı olacaq. Qeyd edək ki, saat 22:45-də Parisdəki "Park-de-Prens" stadionunda başlanacaq oyunun taleyi norveçli hakim Raxit Saqqiyə həvalə edilib.
Yeri gəlmişkən, komandani meydana yeni baş məşqçi Ayxan Abbasov çıxaracaq.
Xatırladaq ki, seçmələrin ilk turunda yığmamız istefaya göndərilən portuqaliyalı mütəxəssis Fernandu Santoşun rəhbərliyi altında İslandiyada yerli komandaya qarşı oynayıb və darmadağın hesablı məğlubiyyətlə üzləşib - 0:5.
İkinci turda isə baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Ukrayna millisini Bakıda qəbul edib və matçı heç-heçə başa vurub - 1:1.
Bu gün "D" qrupunda keçiriləcək digər oyunda isə İslandiya Ukrayna millisini qəbul edəcək (saat 22: 45-də).
Hazırda "D" qrupunda komandaların vəziyyəti belədir:
Komandalar O Q H M T/F X
1. Fransa 2 2 0 0 4:1 6
2. İslandiya 2 1 0 1 6:2 3
3. Ukrayna 2 0 1 1 1:3 1
4. Azərbaycan 2 0 1 1 1:6 1
İNTİQAM Məmmədov


