Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sərbəst güləşçilərimiz Rəvan Həsənzadə MDB Oyunlarında birinci olub

Azərbaycanın ev sahibliyi etdiyi üçüncü MDB Oyunları davam edir. Oyunlar çərçivəsində keçirilən güləş üzrə yarışlar davam edir. AGF-dən verilən məlumata görə, sərbəst və qadın güləşi üzrə çıxış edən güləşçilərimiz sanki birinci gundəki uğurlarını ikinci gündə təkrarlayırlar. Belə ki, ilk gündə 7 (1-2-4) medal qazanan təmsilçilərimiz ikinci gündə də eyni (1-2-4) uqura imza atıblar.

Günün yeganə qızıl medalını 48 kq çəkidə çıxış edən Rəvan Həsənzadə qazanıb. Gümüş medallar Hüseyn İsmayılovla (65 kq) Əli Hacıyevin (80 kq) aktıvinə yazılıb. Bürüncləri isə İbrahim Süleymanovla (55 kq) Hakim Talıbov (110 kq) əldə edib.

Qızlara gəlincə, Xədicə Qurbanzadə (48 kq) və Esra Məmmədli (57 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycanın sərbəst güləş və qızlardan ibarət güləş millisi ilk iki gündə 14 (2- 4 - 8) medal qazanıb. 

Oktyabrın 7-de isə yunan-Romaçılar qızıl medal uğrunda yarışacaqlar. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin