"Barselona" doğma "Nou Kamp"da "PSJ"yə baş əyib
Azərbaycan çempionu "Qarabağ" klubunun da iştirak etdiyi futbol üzrə UEFA Çempionlar Liqasının ikinci turuna oktyabrın 1-də baş tutan daha 9 oyunla yekun vurulub. Çempionumuzun evdə "Kopenhagen" (Danimarka) üzərində 2:0 hesabla qalib gəldiyi həmin günün maraqlı oyunlarından biri də Kataloniyadaki (İspaniya) məşhur "Nou Kamp" stadionunda yerli "Barselona" ilə Fransanın "PSJ" klubu arasında baş tutub. Görüş Paris təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:2.
Günün və turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Yunion" - "Nyukasl Yunayted" - 0:4;
"Arsenal" - "Olimpiakos" - 2:0;
"Bayer" - "PVS" - 1:1;
"Borussiya D" - "Atletik" - 4:1;
"Monako" - 'Mançester Siti " - 2:2;
"Napoli " - "Sportinq" - 2:1;
"Vilyarreal " - "Yuventus " - 2:2.
Qeyd edək ki, ilk iki turdan sonra cəmi 6 komanda yüz faizli nəticə göstərməklə 6 xal toplaya bilib. Bu altılıqda isə sıralanma belədir:
1-6-cı yerlər: "Bavariya", "Real", "PSJ", "İnter", "Arsenal" və "Qarabağ" - hərəyə 6 xal;
38 komandanın yer aldığı bu cədvəldə 7-9-cu yerləri isə hərəyə 4 xal toplayan "Borussiya D", "Mançester Siti" və "Tottenham" bölüşür.
İlk iki turdan sonra turnirin bombardirləri siyahısına rəqib qapısına vurduğu 5 qolla Klian Mbappe ("Real") liderlik edir.
"Bavariya"da forma geyinən ingiltərəli Harris Keyn 4 qolla ikincidir. Qalan yerləri isə hərəyə 3 qol vuran Entoni Qarson ("Nyukasl Yunayted"), Erlin Halann ("Mançester Siti) və Yanatan Burkardt ("Ayntraxt") bölüşür.
Turnirdə üçüncü turun oyunları 21-22 Oktyabr günlərində keçiriləcək. Üçüncü tur çərçivəsində "Qarabağ" səfərdə "Atletik"in qonağı olacaq (22 oktyabr).
İNTİQAM Məmmədov


